25 fev 18:22siyaset

MSK 24 saat müddətində sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək

MSK 24 saat müddətində sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün Milli Məclisə seçkilərlə əlaqədar müraciətlərə baxma mərhələsini yekunlaşdırır.

Belə ki, bu gün MSK iclasda seçkilərin ümumi yekunlarına dair protokolları təsdiqləyəcək.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, MSK nəticələr təsdiqləndikdən sonra 24 saat müddətində sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Avrasiya.net xəbər verir ki, yenə Seçki Məcəlləsinin 171.1, 171.3, 171.4-cü maddələrinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.

Belə ki, Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Qanuna uyğunluğunu yoxlayır.

Dairə seçki komissiyalarının protokolları və onlara əlavə edilən sənədlər, Mərkəzi Seçki Komissiyasının müvafiq protokolu bu Qanunun tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir.

Seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, bu Qanunun 5-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edilir.

Vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilərin yekunları və ya birmandatlı seçki dairələrinin 1/4 hissəsindən çoxunda seçkilərin yekunları və ya birmandatlı seçki dairəsi üzrə seçkilərin yekunları təsdiq edilmədikdə, bu Qanunun 76-cı maddəsinə uyğun olaraq təkrar seçkilər keçirilir.
XƏBƏR LENTİ
Bu gün, 08:58
SORĞU