Sizin Reklam Burada

Əliyev Münhendə ermənilərə səsləndi - Tarixi nüans

Əliyev Münhendə ermənilərə səsləndi - Tarixi nüansMünhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən debatdan aldığımız təəssürat artıq medianın və sosial şəbəkələrin bütün seqmentlərini əhatələyib. Bu görüş Prezident İlham Əliyevin daha bir diplomatik uğuru olmaqla yanaşı, Azərbaycan həqiqətinin və Azərbaycan insanının mühüm tribunadan təqdimatı baxımından tarixə keçdi.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan panel müzakirələrini şərh edərkən deyib.

A.Camalqızı bildirib ki, bu görüşdə də Prezident İlham Əliyevin ənənəvi strategiyası özünü göstərdi:

“45 dəqiqə davam edən debatla bağlı həddən artıq geniş danışmaq mümkündür, çünki Azərbaycan liderinin əminliyi, tarixi bilgiləri, nitqini beynəlxalq hüquq dili üzərində qurması, təmkini, jestləri və bütövlükdə atmacaları ilə bütünləşən çıxışı zəngin təəssürat yaradırdı.

Hər şeydən öncə diqqət etmək istədiyim məqam Prezidentin nitqinin əvvəlində belə bir debat üçün vaxtilə təşəbbüs göstərdiyini, Davosda bu təklifi səsləndirdiyini, son anda Sərkisyanın debatdan imtina etdiyini xatırlatması idi. Bu xatırlatma təsadüfi deyildi, özündə “yalnız Paşinyanla deyil, bütün erməni siyasi elitası və ermənilərin istənilən lideri ilə debata çıxmağa hazıram” mesajını daşıyırdı.

Burda həmçinin daha bir anons vardı: Prezident sanki Ermənistanın siyasi liderlərinin meydandan qaçdığını bildirdi, Paşinyanın simasında debata çıxanların isə aqibətinə diqqət edilməsini istədi”.

A.Camalqızının sözlərinə görə, bu debat yalnız İlham Əliyev və Paşinyan adına deyildi:

“Ermənilər özlərini dünyada məzlum, əzabkeş, eyni zamanda intellektli, mədəni xalq kimi tanıtmağa çalışıb və yaxud dünyanın bəzi gücləri onlardan belə bir obraz formalaşdırıb; bu “yüksək dəyərlərə malik xalqın” “vəhşi”, “barbarların” hücumuna məruz qalmasından ah-zar edilib.

Bu debatda İlham Əliyevin simasında Azərbaycan xalqı ilə Paşinyanın simasında erməni xalqı üz-üzə idi. Bu xüsusi məqamdan İlham Əliyev məharətlə bəhrələndi və Azərbaycan insanının intellektini, savadını, mədəniyyətini, ziyalılığını öz simasında ifadə etdi. İlham Əliyev həm tarixi həqiqətləri ortaya qoydu, həm də Xocalı soyqırımını xatırlatmaqla ermənilərin əslində uşaqlara, qocalara və qadınlara qarşı dəhşətli qətliam həyata keçirən vəhşilər olduğunu nümayiş etdirməklə, həqiqəti, erməni aqressiyasının mahiyyətini canlandırmağa və onu beynəlxalq ictimaiyyətin anlayacağı dildə təqdim etməyə nail oldu”.

Politoloq qeyd edib ki, 45 dəqiqə müddətində İlham Əliyev dünyaya ciddi bir müqayisə fürsəti verdi:

“Bir tərəfdə yüksək nitq və özünüifadə qabiliyyətinə malik, beynəlxalq nizamı incəliyinə qədər bilən və yaşam tərzini də buna uyğunlaşdıran Azərbaycan insanı, digər tərəfdə isə nitqi kimi, savadı da yarımçıq, aqressor, uşaq qatili, işğalçı, dünyanın ən mötəbər təşkilatı olan BMT TŞ-nin (İlham Əliyev təsadüfən demədi ki, dünyanın bundan mötəbər başqa təşkilatı yoxdur) 4 qətnaməsini heçə sayan Ermənistan insanı! Bu müqayisədə beynəlxalq ictimaiyyətin hansı nəticə çıxardığını bilmək üçün erməni mediasına baxmaq kifayətdir. Erməni politoloqları Paşinyana qarşı həddən artıq ağır ifadələr işlətməkdədirlər. Bu isə Paşinyanın simasında ermənilərin dünyada hansı vəziyyətə düşdüklərini anlamalarının nəticəsidir”.

A.Camalqızı qeyd edib ki, Prezident İlham Əliyevin ünvanına sonsuz sevgi və qürurlu mesajların ünvanlanmasının səbəbi də budur:

“İlham Əliyev bütün debatlarda, bütün qarşılaşmalarda qarşı tərəfə ən ağır zərbələr endirməkdədir: 2010-cu ildə Mübariz İbrahimovun nəşinin geri alınmasından, Ramil Səfərovun ölkəyə qaytarılmasından tutmuş 2016-cı ildəki Aprel savaşına, Soçi, Daşkənd görüşlərinə, Valday Diskussiya Klubundakı çevik siyasi qərarlarına qədər, İlham Əliyev bütün istiqamətlərdə yüksək səviyyəli peşəkar olduğunu göstərməkdədir. İlham Əliyev diplomatik zəmin hazırlayır, beynəlxalq rəyi formalaşdırır və hər keçən gün bu mövqeyi daha da dərinləşdirir. Yəni Prezident həm hərbi, həm siyasi-diplomatik, həm də iqtisadi baxımdan Ermənistana qarşı mübarizədə böyük uğurlar əldə edib və bunu hər gün artırır”.

Aynur Camalqızı onu da vurğulayıb ki, Prezidentin bu debatda səsləndirdiyi sərrast fikirlər Ermənistan təbliğat maşınının illərdir qurub-yaratdığı “Böyük Ermənistan” mifini də darmadağın etdi:

“Paşinyanın çətinə düşən uşaq kimi “Böyük Tiqran”ın “üstünə qaçması” zalda gülüş doğurdu. Hətta erməni politoloqları da onun bu addımının rüsvayçı olduğunu bildirdilər. Məlum olduğu kimi, Paşinyanın “Böyük Tiqran” dediyi tarixi şəxsiyyətin və “Armeniya krallığı” deyilən bir dövlətin indiki ermənilərlə, yəni haylarla heç bir əlaqəsi yoxdur. Tiqran etnik olaraq hay deyildi. Amma Paşinyanın bu addımı başadüşüləndir, çünki ermənilər illərdir Azərbaycan və digər qonşu dövlətlərin mədəni sərvətlərini öz adlarına çıxmaqla məşğuldurlar”.

Politoloq qeyd edib ki, Prezident çıxışında erməni ictimaiyyətinə də çox ciddi mesaj göndərdi:

“Prezident qeyd etdi ki, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanda müxtəlif millətlərin nümayəndələri sülh şəraitində rahat şəkildə yaşayırlar, ərazi bütövlüyümüz tam bərpa olunarsa, ermənilər milli azlıq kimi, ölkəmizdə istənilən digər millətin nümayəndəsi kimi, bütün hüquqlara və imtiyazlara malik olacaqlar. Bu, debatın ən önəmli nüanslarından biri idi.

Həmçinin Prezident erməni və azərbaycanlı icmaları arasında ünsiyyət təşəbbüsünə də toxundu və qeyd etdi ki, ermənilər birgəyaşayışdan başqa yol olmadığını anlamalı, Azərbaycanın ərazi bütövlüyünü qəbul etməlidirlər. Bu sözlər xüsusilə dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərə ünvanlanmışdı”.

Politoloq vurğulayıb ki, İlham Əliyev Qarabağın azadlığı istiqamətində bütün istiqamətlərdə paralel və sistemli addımlar atır:

“Prezidentin bu addımları Qarabağın azadlığını hər gün bir az da yaxınlaşdırır və inanıram ki, o gün uzaqda deyil”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər