Sizin Reklam Burada

MSK sədri bu dairələrlə bağlı ciddi addımlar atılacağını BƏYAN ETDİ - SİYAHI

MSK sədri bu dairələrlə bağlı ciddi addımlar atılacağını BƏYAN ETDİ - SİYAHI
"33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan, 81 saylı Beyləqan seçki dairələrindən bizə ciddi iradlar daxil olub".

Avrasiya.net xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında MSK sədri Məzahir Pənahov bildirib:

"Bu dairələrdən bu və ya digər mənada məlumatlar daxil olub. Çox ciddi. Biz araşdıracağıq və qanunvericiliyin tələbinə uyğun olaraq addımlar atacağıq. Özü də biz onu gecikdirmədən edəcəyik. Siz görəcəksiniz ki, günü sabahdan bizim bu istiqamətdə müəyyən addımlarımız olacaq. Bunu heç uzatmaq planımız yoxdur. Bu dairələrdən və sabah başqa dairələrdən də məlumat daxil olsa, onların hamısını gecikdirmədən araşdıracağıq. Özü də ictimaiyyəti də, kütləvi informasiya vasitələrini də cəlb edəcəyik. Ona görə də əlinizdə olan məlumatları bizə verin ki, biz onlardan istifadə edək".

Qeyd edək ki, "Exit-poll" nəticələrinə əsasən 33 saylı dairədən Hüseynbala Mirələmov, 35 saylı dairədən Rauf Arifoğlu, 60 saylı dairədən Fəzail Ağamalı, 79 saylı dairədən Razi Nurullayev, 80 saylı dairədən Çingiz Qənizadə, 81 saylı dairədən isə Şahin İsmayılov qalib elan olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər