Sizin Reklam Burada

ABŞ-dan Azərbaycandakı seçki ilə bağlı - Açıqlama

ABŞ-dan Azərbaycandakı seçki ilə bağlı - AçıqlamaABŞ ictimaiyyət nümayəndələrinin müşahidə komissiyası növbədənkənar parlament seçkiləri ilə bağlı müşahidələrini açıqlayıb.

Axar.az xəbər verir ki, komissiya üzvü, Kaliforniyadan olan Miç Sovermen ilk dəfə Bakıda olduğunu açıqlayıb:

“Burda olmaqdan çox məmnunuq. İnkişafda olan gənc ölkənizi ziyarətdən şadıq. Bir sıra seçki məntəqəsində olduq və prosesi müşahidə etdik. Gənclərin seçkilərdə iştirakı olduqca ümidvericidir".

Hüquqşünas Martin Kruminq isə 5-ci dəfə Bakıda olduğunu bildirib:

“Deyə bilərəm ki, sizin seçkiləri müşahidə etməkdən çox şadam. Azərbaycan demokratiya üçün mübarizə aparır. İbtidai sinif müəllimlərindən biri bizi ayrı bir otağa apararaq çay, su, qəhvə təklif etdi. Bu, xatırlayacağım bir an oldu. Bu qonaqpərvərliyi ABŞ-da görə bilmərsiz. Bəzi ameriklılar Azərbaycanı tanımadıqlarını deyir. Səfər etdiyimiz məkannların fotolarını və məlumatları çatdıraraq onlara Bakıya səfərr etmək üçün yaxşı səbəb veririk".

Rafael Noktalov seçkidə iştirakdan dolayı şad olduğunu açıqlayıb:

“Üçüncü dəfədir ki, Bakıdayam. Hər gəldiyimdə Azərbaycanın necə dəyişdiyinin şahidi oluram. Vətəndaşların seçkidə iştirakdan necə şad olduğunu görürəm. Qubada seçki məntəqəsində oldum. Hava soyuq olsa da insanlar seçkidə çox fəal idi. Vətəndaş hüquqları inkişafının da şahidi oldum”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər