Sizin Reklam Burada

İran - Amerika konflikti hind-İran - anqlosakson ortamını yeniləyir?

İran - Amerika konflikti hind-İran - anqlosakson ortamını yeniləyir?Əli İsgəndərov
politoloq


Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin Tehran aeroportundan havaya qalxarkən qəzaya uğraması (səhvə yol vermirəm, qəza halıdır) hadisəsi üzərində siyasi oyun dünya siyasi dərsliklərinə düşəcək haldır. Bu halda Tehranın davranışın zəkilikdən çox hiyləgərlik adı verilsə doğru ifadə olar.

Bu günkü etiraf bəzi siysətçilər tərəfindən siyasi əxlaq, digərləri tərəfindən ehtiyatın göstəricisi, dindarlar tərəfindən mömin rəhbərliyin ədalətinin təzahürü kimi dəyərləndirilə bilər. Hər üç qiymətləndirmə tələsik verilən yanlış əsasdır.

Praqmatikliyin maksimal göstəricisidir. Təyyarəni səhvən vurmasını etiraf etmə deyilən məsələ bəlkə də İran tarixinin ən böyük ölçülü keçmişi, bu günü və gələcəyinin cəmindən ağır götürüləcək bir razılaşmaya hazır olduğunu və o razılaşmaları dərk edəcək və şərtlərini reallaşdırmaqda maraqlı və səmimi olduğunu təsdiq üçün açıq sübut oldu.

İllərə söykənən zamandır ki, İran haqda ekspert rəylərini izləyirəm. Nədənsə məsələyə yanaşma kontekstində çox vacib məqamlar unudulur. Təvazökarlıqdan uzaq kimi görünməsin. Hətta əksər halda məlumatsızlıqlar müşahidə edilir. Doğru təhlil nüansları da təsadüfdən hipoteziyaan doğaraq alınır.

Nədən yuxarıda bunu siyasi zəka deyil, hiyləgərlik adlandırdım deyə yaranacaq sualın cavabı. Siyasətdə mənəvi faktorlar ikinci sıraya keçir. Bəzən də üçüncü,dördüncü və s. Amma gördüyümüz kimi yoxdur deyil, məsələsinə, şərtlərin doğurduğu vəziyyətə görə sonrakı yerlərdə durur. Heç gözlənmədiyi nüanslar isə sərhədsiz ambisiyalara doğru addımlamada mane olduğundan gözlənmir. Belə halda bundan o tərəfi olmaz deyilən hədd yoxdur. Bir sözlə çox qorxuncdur.
Belə düşünməyə əsas verən amillər nədir, onu təhlil edək;

İranın tərz göstərdiyi tərz:

-Təyyarə vurulduğu gün İran rəsmiləri təkidlə bəyan etdi ki, biz vurmamışıq. Ukrayna tərəfi də İran HHM -nin belə bir şey etmədiyini bildirdi və texniki qəza olduğunu səsləndirdi. İran bir həftə bu iddiada dəyişiksiz-əlavəsiz qaldı. Araşdırma başlamamışdan əvvəl də, sonra da.

-Təyyarənin raketlə vurulduğu deyilir. Avtomat, ya snayper tüfəngindən atılan atəşlə vurulmayıb ki, patronun sayını, atəş istiqamətini bilmək çox çətin olduğundan hökumətə əmma yarada. Raket özü buraxıldığı sistem, sayı, trayektoriyası, radarların verdiyi siqnala dək məlum olan və dəqiq fiksiya edilən bir silah qurğusudur. Odur ki, vurulmuşsa ilk andan bəlli idi demək. İttihamın səslənmə formasından, kəşfiyyat qurumlarının məlumatlarından rəqibin nə qədərər məlumatlı olmasını bilirsən. Sübutu yoxsa vicdanın yaxud hansısa başqa səbəblər üzündən ilk gündən boynuna almadığın şeyi sonradan təsdiqləməyin siyasi üsluba uyğun deyil. Yox, qarşı tərəfin dəqiq bilgiyə sahibliyi məlumdursa, bunu inkar edib yayına bilməyəcəksənsə bir həftə vurmamışam qışqırıb sonra etirafınla əlavə sual və çıxılmaz durum yaratmağın nə adı var? Düşməninə sənə psixoloji təzyiq fürsətini əlinlə verirsən?

Ukraynanın açıqlaması:

- Dünyanın ən yaxşı aviasiya məktəblərindən birinə sahib Ukrayna tələskənlik və ya naşılıq edib əvvəl texniki qəza olduğuyla razılaşmağı nə deməkdir?
ABŞ, İngiltərə, Kanada rəsmilərindən məlum iddialar səsəndikdən iki gün sonra göstərildi ki, İran tərəfdən vurulma versiyasına da baxılır.

-Təyyarə ya başqa avadanlıq olsun. Qalıqları, gövdə və digər hissələrindəki zərbənin, yanmanın forması, qalıq qəlpələrdəki ballistik izlərlə yanmanın partlayıcı ya digər vasitədən baş verdiyi ballistik və yanğını təyin edən labarotor araşdırmalarla müəyyən edilir. Söz əsasında hüquqi akt tərtib edilmir.

- xəbərin yayılmasında belə bir məqam vardı. İran vətəndaşı olan bir şəxs bunu smartfon telefonu ilə lentə alıb. Onun sözlərinə görə təyyarənin gövdəsində alov müşahidə edilib, sonra müəyyən məsafə uçub, yenidən alov görünməsi təkrarlanıb və yerə düşüb. Anlamıram....söhbət raket zərbəsindən gedir ya tüfənglə təyyarə qanadının zədələnib sıradan çıxmasından ki, təyyarə bu şəkildə yerə düşsün? Raket zərbəsindən dər hal partlamalı deyilmi?

ABŞ-ın tərzi:

- ABŞ düşməninə siyasi humanistlik, sufi sayağı ədalət göstərib səhvən vurub deyəcəkmi? Qətiyyən. Nə Amerika, nə qeyrisi. Bu cür səsləndirmə adətən müdafiə etdiyin tərəfə alibi qazandırmağa aiddir. Amerika dövlət rəsmilərinin bu gün üçün nömrə bir düşmən mövqeyində durduğu ölkəyə belə bir imkan verəcək qədərində düşünmədimi? Xüsusən də ittiham tərəfi olduğu təqdirdə!!!!!

Tramp administrasiyası bunu iki səbəbdən etdi.

1. Qasim Süleymaninin öldürülməsi səbəblərindən biri güman ki, Trampın reytinqinə hesablanmışdı. İlk saatlar belə görünsə də əksi müşahidə edildi. Amerika ictimai fikrində müharibə istəməyənlərin kifayət qədər ciddi etiraz dalğası yarandı. Birlik və axınla özünü təzahür edən dalğa. Siyasi rəqibləri də məqamdan tam istifadə etmək spekulyasiya qurdu. Trump üzərində qələbəni təmin edəcək qədərində effektiv şəkildə.

Xüsusən ardından İran silahlı qüvvələrinin İraq ərazisində iki hərbi bazanı vurmasıyla narazılar daha çoxaldı və açıq hərəkətə keçəcəkləri risqi tərəddüd həddini keçib, real görünməyə başladı. Əsgər və zabit heyəti arasında itki oldu-olmadı, sayı bir, səksən ya min nəfərdi, ya heç kimin burnu qanamadı əhəmiyyət daşımır. Hətta canlı qüvvə itkisinin olmaması hər iki tərəf üçün sərfəli amildir. Tramp heç də Süleymaninin öldürülməsiylə qalib duruma düşmədi bu görüntü fonunda. Gərginliyi aradan qaldırmaq, siyasi rəqib elita, jurnalistlərin, etirazçı ictimai toplumun ünvanladığı suallardan yayınmaq, ölkədaxili təhlükəsizliyin pozulduğu reallığını aradan qaldırmaq üçün İrana yönəli bir addım atmaq lazım idi. Müəyyən üstünlük verirmiş kimi göstərən. təyyarə məsələsindən yaxşı bir mövzu ola bilməzdi.

2. Digər amil isə İran tərəfindən belə (özlərinə bəlli) böyük danışıqlar müqabilində jest etməyi istəməkdi. Həmçinin danışıqlara səmimi qatılmasını təsdiqləməlidir.
Süleymaninin öldürülməsi gərginlik yaratması, fərqli baxış tərəfindən birində kəskin mənfi qarşılanan amildirsə, Amerika prizmasından baxdıqda rasional idi. Düşmən olduğun tərəfin sənə qarşı zərbə vurucu əməliyyatlar həyata keçirən əsas fiquru fiziki olaraq aradan götürməyin adi haldır. Düşməninə gül çələngi atmayacaqsan.
Amerika siyasi elitası bu gedişlə ölkədaxili təhlükəsizliyin üzləşəcəyi risqləri aradan götürdü. İran da yalnız tərəflərə məlum, arzusunda olduğu nələrisə əldə etdi. Məsələnin belə bitməsi hər iki tərəfi qalib duruma gətirdi. Sonrakı mərhələ nələr vəd etdiyini ekspertlər, futuroloqlar tapmaqda və şərh etməkdə acizdirlər. Təbii ki, ekspert dedikdə oynu quran əsl ekspertlərdən getmir söhbət. İctimaiət üçün ekspert adına çıxış edənlər nəzərdə tutulur.

Bu kombinasiya Hind-İranla Anqlo Sakson elitası arasındakı razılaşmaya aiddir. Sadəcə iki dövlətə deyil. İki ölkənin üzərindən olan vizion böyük görünsə də, həqiqətinin nisbətində kiçikdir

Dindarlar da yad edildiyindən məsləhətim budur ki, vilayəti fəqih institutuna münasibətdə təkrar fikirləşin.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər