27 dek 21:02siyaset

YAP-ın yeni namizədini tanıyaq - Sadiq Qurbanov kimdir?

YAP-ın yeni namizədini tanıyaq - Sadiq Qurbanov kimdir?Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində öz namizədlərini bu gün ictimailəşdirdi.

Partiyanın 75 yeni namizədlər siyahısında Sadiq Qurbanovun da adı var. Onun namizədliyi 54 saylı Siyəzən-Şabran seçki dairəsindən irəli sürülüb.

Avrasiya.net xəbər verir ki, ölkənin dəyərli ziyalılarından, YAP qurucu üzv və funksionerlərindən biri, SOCAR Həmkarlar İttifaqının sədr müavini və İqtisad Universitetinin müəllimi olan Qurbanov Sadiq Haqverdi oğlu 1972-ci il iyul ayının 12-də Naxçıvan MR Şərur rayonunun Ələkli kəndində anadan olub. 1979-1989-cu illərdə Ərəbyengicə kənd orta məktəbi, 1994-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsini bitirib. Həmin fakultənin dissertantı olub, eyni zamanda «Nəzəri mexanika və bütöv mühit mexanikası» kafedrasında laborant vəzifəsində çalışıb.

2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmlər namizədi namizədlik dərəcəsini alıb. 1997-2001-ci illərdə isə BDU-də hüquq təhsili alıb.
YAP-ın yeni namizədini tanıyaq - Sadiq Qurbanov kimdir?
2001-2004-cü illərdə YAP-ın göndərişi ilə təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və bələdiyyə idarəetməsi» fakultəsində davam etdirib.

1999-2006-cı illərdə YAP-ın icra katibliyində «Partiyalar arası əlaqələr şöbəsi»nin müdiri vəzifəsində çalışıb.

2010-cu ildə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsi»ndə nəzarət sektorunun rəhbəri vəzifəsində çalışıb.

Hazırda İqtisad Universitetinin «İqtisadi hüquq» kafedrasının baş müəllimi vəzifəsində işləyir.

Eyni zamanda “Azərbaycan Respublikası Neft – qaz sənayesi işçilərinin respublika həmkarlar komitəsində” sədr müavini vəzifəsində çalışır.

Mexanika-riyaziyyat sahəsində 11 elmi məqalənin, hüquq ixtisası sahəsində isə 15 elmi əsərlərin və «Əmək Məcəlləsinin kommentariyası» kitabının həmmüəllifidir.

Ailəlidir, üç övladı var.
XƏBƏR LENTİ
SORĞU