27 dek 16:24siyaset

YAP-çı qeydə alındı: Hakim partiyadan kəskin reaksiya

YAP-çı qeydə alındı: Hakim partiyadan kəskin reaksiya86 saylı İsmayıllı seçki dairəsində bu gün iki iddiaçının namizədliyi qeydə alınıb.

Axar.az xəbər verir ki, bir müddət öncə namizədliyi təsdiqlənən və imza vərəqələri götürən jurnalist Yusif Məhəmmədoğlu (Osmanlı) artıq imzalı vərəqləri geri qaytarıb və dairə seçki komissiyası da rəyini açıqlayıb.

Komissiyanın rəyi ilə Y.Osmanlının seçkidə namizədliyi qeydə alınıb.

Eyni iclasda namizədliyi qeydə alınan digər namizəd isə YAP-çı Şəfiqə Şiralı qızı Tahirovadır.

Maraqlıdır ki, YAP İdarə Heyətinin iclası bu gün keçirilib və partiya hələ namizədlərinin siyahısını yaymayıb. Buna rəğmən YAP üzvünün nəinki namizədliyinin təqdiqləndiyi, hətta qeydə alınması diqqət çəkib.

YAP-ın mətbuat katibi Hüseyn Paşayev Axar.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

“YAP üzvü olan şəxslərin sərbəst şəkildə namizədliklərini irəli sürməsi faktları var. Onlar partiya üzvü olaraq partiyanın qərarını gözləmədən namizədliklərini irəli sürüblər. Lakin YAP həmin partiya üzvlərinə partiyanın qərarına hörmətlə yanaşmağı tövsiyə edir. Güman edirik ki, həmin şəxslər partiyanın qərarına hörmətlə yanaşaraq, öz namizədliklərini geri götürəcəklər. YAP-ın hansı dairədə namizəd irəli sürüb-sürməməyindən asılı olmayaraq, partiyanın qərarından kənar namizədliklərini vermiş partiya üzvləri namizədliklərini geri götürməsələr, partiya sıralarından xaric olunacaqlar”.
XƏBƏR LENTİ
SORĞU