26 dek 10:18siyaset

Yayılan görüntülər araşdırılır - MSK sədri

Yayılan görüntülər araşdırılır - MSK sədriMərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı məntəqələrdə baş verən pozuntularla bağlı əhaliyə müraciət edib.

Report-un məlumatına görə, MSK sədri bildirib ki, Seçki Məcəlləsinin tələbinə görə məntəqələrdə baş verən hadisələrlə bağlı narazılıq olanda hökmən dairə seçki komissiyalarına müraciət edilməlidir:

“Əgər müraciət edənlər dairə seçki komissiyalarının qərarlarından narazı olsalar, bu zaman onlar Mərkəzi Seçki Komissiyasına müracət edə bilərlər. Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlər Seçki Məcəlləsinin tələbinə görə ilkin baxış üçün bizim qərarımızla dairəyə qaytarılacaq. Çünki başqa hal olsa, o, hüquqi gücə malik olmaz. Qanunvericiliyin tələbi budur. Mərkəzi Seçki Komissiyasına göndərilən müraciətlər səsvermə günü və səsvermədən sonrakı müddətdə əgər biz ona bir gündə baxmalı idiksə, artıq indən sonra daxil olan müraciətlərə 2-3 gün müddətində baxırıq. Ona görə biz də istəmirik ki, vətəndaşlarımızın etdiyi müraciətlərə baxılması məsələsi uzansın. Bunun üçün bir daha müraciət edirəm ki, məntəqələrdə baş verən xoşagəlməz hallar olduğu iddiasındasınızsa, o zaman gecikmədən dairə seçki komissiyalarına müraciət edin. Ola bilər ki, sizin Mərkəzi Seçki Komissiyasına etibarınız daha çoxdur deyə, müraciətləri birbaşa bizə göndərirsiniz. Amma prosesin həyata keçirilməsi qaydası var”.

M.Pənahov vurğulayıb ki, MSK-nın üzvləri hazırda səsvermə günü sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması ilə məşğuldur: “Biz bu və digər hallarla bağlı yaxın günlərdə qərarlar qəbul edəcəyik. Əgər məntəqələrdə baş verən pozuntular öz təsdiqini tapsa, bununla bağlı aidiyyəti şəxslər cəzalarını alacaqlar. Biz bəzi hallarda məntəqə seçki komissiyalarının səsvermənin nəticələri ilə bağlı qərarlarını ləğv edə bilirik. Yəni hesab edilir ki, orada seçkilər yenidən keçirilməlidir. Ona görə də vətəndaşlarımız narahat olmasınlar. Biz qanunvericiliyə uyğun şəkildə bütün müvafiq addımları atacağıq”.
XƏBƏR LENTİ
SORĞU