20 dek 21:15siyaset

Azay Quliyev yenidən deputatlığa namizədliyini irəli sürdü

Azay Quliyev yenidən deputatlığa namizədliyini irəli sürdü
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, V çağırış Milli Məclisin deputatı Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb

Avrasiya.net xəbər verir ki, bu barədə Azay Quliyev özünün "Tvitter" hesabında məlumat paylaşıb:

“Milli Məclisdə şərəflə təmsil etdiyim 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən deputatlığa namizədliyimi irəli sürməyə qərar verdim. Əminəm ki, seçicilərimin təkrar etimadını qazanacaq və növbəti 5 ildə də onları ləyaqətlə təmsil edəcəm”.
XƏBƏR LENTİ
SORĞU