15 dek 15:45siyaset

Mərhəmət və şükranlıq hissinizi göstərməliykən siyasət yapmayın, bəylər! - Partiya sədri

Mərhəmət və şükranlıq hissinizi göstərməliykən siyasət yapmayın, bəylər! - Partiya sədriArtıq iki aya yaxındır ki, tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin sağlıq durumu ölkədə hər kəsin diqqət mərkəzindədir. Hər kəs onun həyata dönməsi, sağalıb yenidən ailəsinə qovuşması üçün dua edir.

Birinci vitse-prezident Mehriban Əliyeva qəzanın baş verdiyi ilk günlərdən Oqtay bəyin sağlıq durumunu diqqətdə saxlayır və məhz onun göstərişi ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicə xərclərini öz üzərinə götürüb. Fond bir soydaşımızın həyatının xilas edilməsi üçün nə mümkündürsə hamısını edib.

Hətta ailəsinin arzusu nəzərə alınaraq onun müalicəsinin Türkiyədə davam etdirilməsi də anında həllini tapdı. Təbii ki, bütün bunlara görə Fonda təşəkkür etmək lazımdır. Xüsusən də, Mehriban Əliyevanın diqqət və qayğısı təqdirə layiqdir. Müxalifətimiz normal, sivil müxalifət olsaydı əlbəttə, Mehriban xanıma təşəkkür etməyi bir an da yubatmazdı. Çünki bu da bir siyasi mədəniyyət nümunəsidir.

Ancaq əfsuslar olsun ki, müxalifətdən belə bir davranışı görmədik. Əksinə, AXCP-nin sədri Əli Kərimli sosial şəbəkə üzərindən cəmiyyətə müraciət ünvanlayaraq Oqtay Gülalıyevin müalicəsi üçün pul toplamağı təklif edir. Lakin onun çevrəsindəki partiyadaşlarından, AXCP yetkililərindən biri də durub ona demir ki, ay yoldaş Əli bəy, bizim bu çağırışımız gecikmiş çağırışdır və necə deyərlər, daldan atılan daşın topuğa dəyməsinə bənzəyir.

Axı sizin yığacağınız 200-300 manatlıq vəsait heç bir problemi həll etməyəcək. Oqtay bəyin müalicəsi olduqca bahalı müalicədir və miqdarın böyüklüyündən asılı olmayaraq Fond bütün bu xərcləri axıra qədər qarşılayacaq. Sizlər bunu bildiyiniz halda belə, nədən bu cür şouya əl atırsınız ki? Mərhəmət və şükranlıq hissinizi göstərməliykən siyasət yapmayın, bəylər!

Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
XƏBƏR LENTİ
SORĞU