14 dek 18:01siyaset

125 deputat yerinə 268 şəxs namizədliyini irəli sürüb

 125 deputat yerinə 268 şəxs namizədliyini irəli sürüb
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 268 namizəd müraciət edib.

Avrasiya.net xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

Komissiya sədri bildirib ki, həmin şəxslərin 71-nin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub. Onlardan 29-u isə imza vərəqələrini artıq götürüb.
XƏBƏR LENTİ
SORĞU