13 dek 14:18siyaset

ABŞ səfiri Senatın “erməni soyqırımı”qətnaməsi barədə

ABŞ səfiri Senatın “erməni soyqırımı”qətnaməsi barədəABŞ Senatının "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi sənəd qanunverici orqanın qəbul etdiyi sənəddir və bu hökümət administrasiyasının mövqeyini əks etdirmir.

Avrasiya.net bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer deyib.

Diplomat vurğulayıb ki, Senat bu barədə artıq öz mövqeyini tam şəkildə ifadə edib: "Artıq bunu nəzərə almalıyıq ki, ABŞ-la Türkiyə NATO çərçivəsində müttəfiqdirlər. Biz dostuq və əməkdaşıq. Əməkdaşlığı davam etdirəcəyik".

Ötən gün ABŞ Senatı qondarma “erməni soyqırımı"nı tanıyan qətnamə layihəsini qəbul edib.
XƏBƏR LENTİ
SORĞU