11 dek 20:14siyaset

Azay Quliyev: "Bu, nə mənəviyyata, nə də siyasi əxlaqa sığır"

Azay Quliyev: "Bu, nə mənəviyyata, nə də siyasi əxlaqa sığır""Heydər Əliyev Fondunun Oqtay Gülalıyevin müalicəsi üçün göstərdiyi hərtərəfli dəstək və bu dəstəyin bundan sonra da davam edəcəyi barədə verdiyi son açıqlama ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir və təqdir olunur". Bunu 5-ci çağırış Milli Məclisin üzvü, QHT Şurasının sədri Azay Quliyev Twitter hesabında bilidirib.

"Təəssüflər olsun ki, baş vermiş bu bədbəxt hadisədən özünün cılız siyasi məqsədləri üçün istifadə edənlər və Fondun bu nəcib və xeyirxah addımını qaralamaq məqsədilə siyasi şou düzəldənlər də var. Hesab edirəm ki, sağlamlıq durumu kritik olan bir şəxsin həyatı ilə manipulyasiya etməyə heç kimin haqqı yoxdur. Bu, nə mənəviyyata, nə də siyasi əxlaqa sığır.

Bütün bunlara rəğmən xeyirxah əməlini davam etdirdiyinə görə Heydər Əliyev Fonduna bir daha təşəkkür edir və Oqtay Gülalıyevə Allahdan şəfa diləyirəm" - deyə, o əlavə edib.
Azay Quliyev: "Bu, nə mənəviyyata, nə də siyasi əxlaqa sığır"
XƏBƏR LENTİ
SORĞU