11 dek 11:18siyaset

Sabir Rüstəmxanlı yenə seçkiyə gedir

Sabir Rüstəmxanlı yenə seçkiyə gedirVətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Bu barədə AzNews.az-a partiyanın icra aparatının rəhbəri Samir Əsədli bildirib.

O, qeyd edib ki, VHP Siyasi Şurası seçkilərə qatılmaq barədə qərar verib:

“Bu gün Siyasi Şuranın qərarları və səlahiyyətli nümayəndələrin sənədləri MSK-ya təqdim edilib. MSK VHP-nin səlahiyyətli və maliyyə məsələləri üzrə numayəndələrini təsdiq edəndən sonra namizədlərin də sənədləri seçki dairələrinə təqdim ediləcək. Sabir Rüstəmxanlının da namizədliyi irəli sürüləcək"
XƏBƏR LENTİ
SORĞU