11 dek 11:03siyaset

Rusiya - Qərb münasibətləri və Dağlıq Qarabağ

Rusiya - Qərb münasibətləri və Dağlıq QarabağSon dövrlər dünyada ciddi bir keyfiyyət dəyişiklikləri gedir. Xüsusilə ənənəvi trendlər öz yerini yeni trendlərə verir. Artıq dünyada fərdlər aktiv rol olmağa başlayır və onlar ənənəvi elitaları qəbul etmirlər. Dünya çapında anti elitist, anti qlobalist, anti sistemist qüvvələr fəal olmağa başlayır. Bu qüvvələr xüsusilə dünyanın uzun illər idarə edən və rifah mərkəzi sayılan Avroatlantik məkanda xüsusi olaraq trendlər dəyişməkdədir.

Bunu Avrasiya.net-ə açıqlamasında Qafqaz Strateji Araşdırmalar və Beynəlxalq Münasibətlər Mərkəzinin (QAFSAM) siyasi eksperti Kamran Sultanlı bildirib.

Ekspert bildirib ki, urada ənənəvi siyasi qruplara inam azalır, və populistlər siyasətdə aktiv rol almağa başlayır. Birincisi intellektual və savadlı insanların siyasətdən uzaqlaşıb biznesə istiqamətlənməsi, son dövrlər Qərbə olan güclü miqrant axını və buraya gələn miqrantların yerli cəmiyyətlərə inteqrasiya edə bilməməsi yerli əhalini daha da mühafizəkar edir bundan istifadə edən populist və avroskeptik qruplar önə çıxmağa başlayır. Bütün bunlar isə Atlantik dünyada yeni bir qeyri-ənənəvi siyasi trendin yaranmasına səbəb olur. Sağ mühafizəkar cəbhənin isə qarşısı alına bilmir. Artıq dünyada virtual bir trend yaranır. Sosial şəbəkələr ənənəvi media nəhənglərinin sıradan çıxardır, bu cür kanalların Qərbin siyasi həyatına təsir imkanları məhdudlaşır, əvəzində sosial şəbəkələr diktə edən tərəfə çevrilir və dövlətlər məhz bunlarin vasitəsilə hibrid müdaxilələrə cəhd edirlər.

Bu cür müdaxilələr hərbi müdaxilədən daha effektli olur. Ən azı dövlətlər canlı itki vermir, xərclər çox olmur və bununla dövlətlərin daxilində cəmiyyətin şüuruna, mənəviyyatına təsir edilir və böyük insan kütləsi manipulyasiyaya və başqa dövlətlərin maraqlarına məruz qalır. Qərbdə gedən bu cür dəyişikliklər özünü bütün dünyada göstərir. Trampın hakimiyyətə gəlməsindən sonra Transatlantik əlaqələrdə ciddi bir gərginlik və inamsızlıq yaranib. Əvəzində Rusiya kimi dövlətlər bundan istifadə edib Qərbin daxilində güclü lobbi fəaliyyətinə start verib. Tək Amerika deyil bütün dünyada ciddi bir dəyişiklik gedir. Almaniyada neonasist AFD-in, Fransada milliyətçi və Avroskeptik Le Penin, İtaliyada populist və avroskeptik Salvininin nüfuz yığması, üstəlik Ukrayna və Gürcüstan kimi ölkələrin ərazi bütövlüyünə qarşı artıq Qərbin bir çox siyasi dairələrində olan maraqsızliq əksinə Rusiyaya olan ehtiyac və onunla dialoqa atmaq bizi və digər üçüncü dünya dövlətlərini düşünməyə vadar edir. İndi həm də Transatlantik əlaqələrdə, güclü bir qutbləsmə var. Xristian fundamelistlərin, sağçı qüvvələrin mövqeyi olduqca güclənib.

Qərbdə solçu dairələr sürətlə materialist dəyərlərə istiqamətlənir, belə olan halda sağ dairələrdə dini paradiqmalar artır. Xüsusilə Avropada müsəlman miqrasiyasının güclənməsi Avropanın sağçı və populist liderlərinin reytinqini surətlər artırır və bu trendin qarsisi medianın, və dövlətlərin bütün təbliğatına baxmayaraq qarşısını alına bilmir.

K.Sultanlı qeyd edib ki, Rusiya uzun illərdi Qərbdə güclü lobbi şəbəkəsi yaradır. Moskva Qərb dairələrində özü üçün uyğun müttəfiqlər axtarır və onları ciddi şəkildə təhlil edir. Burada 2016-cı ilin ABŞ seçkilərinə müdaxilə və ənənəvi özünə yaxın olan demokratların namizədi olan Klintonu yox, özünə qarşı daima sərt və mühafizəkar siyasət aparan Respublikaçiların Trampının prezident seçilməsi üçün Rusiya əlindən gələn hər şeyi etdi. Moskva burada məhz sosial şəbəkələrin köməyindən istifadə etdi. Həmçinin Rusiya İtaliyada Şimal Liqası, Almaniyada AFD, Fransada Le Penin Milliyətçi Cəbhəsini, Çexiyada Miloş Zemani, Avstriyada Vurstu, Macarıstanda xristian mühafizəri olan Orbani, Britaniyada Leyborist Korbini, qəti şəkildə dəstəkləyir və onlarla əlaqələrini daha da genişləndirməyə cəhd edir. Rusiya bunlar üçün böyük məbləğlər xərcləyir. Həmçinin Avroatlantik inteqrasiya xəttini elan etmiş Ukrayna və Gürcüstanda da Rusiya aktiv işləyir. Ukrayna Rusiya təsiri ilə əlaqədar olaraq ölkə daxilində olan rusdilli medianı qapadıb, bu onun azad media indeksində sonuncu yerlər tutmasına səbəb olur. Lakin Rusiya Gürcüstanda isə dini dairələri və kilsəni isə salmaqla daxildə hökumətə təsirlər etməyə və özünə yaxın qüvvələri parlamentə salmağa çalışır. Gürcüstanda gedən proseslər Qərbdəki trendin davamıdır. Çünki Qərbdə indi sağ dairələrdə güclü xristian təşəbbüskarlıqı var. Burada xristian fundamelistlər artır. Sol dairələr sürətlə dini doqmalardan uzaqlaşır. Bu cür xristian fundamentalistlərə görə Türkiyə kimi tarixən Qərbə yaxın olan bir dövlətlə əlaqələr daha da gərginləşib. Türkiyənin siyasi islama yaxınlaşması, Qərbin bu ideoloji dairələrini Türkiyənin düşmən və terrorçu saydığı kürdlərlə yaxınlaşdirıb. Çünki kürdlər bu baxımdan sekulyar olaraq istənilən xristian fundamelistləri üçün uyğun müttəfiqdir. Rusiya uzun illərdi dünyada xristian dünyasının keşikçisi imici üzərində işləyir. Kreml bunun üçün Qərbin sağ-dini dairələri ilə aktiv işləyir. ABŞ-da olan yevangelist şəbəkəsinin bir-çox qrupları Rusiyanı xristian dünyasının xilaskarı sayır.

Hətta İŞİD-in Parisdə törətdiy terror hadisələri zamanı, bəzi dini qruplar məhz bu işdə onlara yalnız Rusiyanın yardım edəcəyini qeyd etmişdilər. Rusiya siyasilərini başda Putinin tez-tez dini və mental xristian dəyərlərinin qoruyucu ritorikalari məhz buna hesablanıb. Bu baxımdan Şimal qonşumuz Amerika və Avropada olan sağçı populist və ideoloji kəsimlərla aktiv işləyir. Hətta Rusiya əlində olan resursların köməkliyi ilə müxtəlif kommunikasiya vasitələri ilə aşağı təbəqələrlə də aktiv şəkildə təbliğat işi aparır. Bu baxımdan bu gün miqrantlara qarşı olan Almaniya AFD-i məhz Rusiya ilə yaxınlaşmaq siyasətini dəstəkləyir, burada təbii ki Almaniyada olan güclü disbalans hələ də Şərqi Almaniyanın Qərbi Almaniyaya inteqrasiya edə bilməməsi dayanır. Rusiya Avropada olan Xristian populisti Orban kimi siyasətçilərlə Mərkəzi Avropada da aktiv şəkildə təbliğat maşını qurur. Bu Rusiyaya Şərqi Avropa ilə Qərbi arasında körpü rolunu oynayan Mərkəzi Avropada təsir imkanlarını qorumaq fürsətləri verir. Rusiyanın bu cür siyasəti Amerikada qüvvələr balansını kökündən dəyişib. Artıq Amerikada demokratlar güclü şəkildə sola sürüklənib və dindən uzaqlaşır, Respublikaçilar isə dini doqmalara daha çox yaxınlaşır, bütün bunlara görə Rusiya Trampı dəstəkləyirdi. Həmçinin Rusiya Amerikanın aşağı və savadsız olduqca ideoloji təbəqələrinin Trampı dəstəkləməsi üçün aktiv təbliğat aparıb. Rusiya bunun vasitəsilə həm də Amerikada sürətlə yerini dəyişən dairələr arasında öz imicini artırmağı bacardı. Bunlar arasında kifayət qədər güclü və intellektual çevrələrdə var. Trampın hakimiyyətə gəlməsindən sonra Avropa liderləri artıq Amerikaya əvvəlki tək etibar etmir və onlar özlərini müdafiə etmək haqqında düşünür. Belə olan halda isə onların Rusiya ilə dialoqa ehtiyacı yaranır.
Qərbdə artan dini cərəyanlar və burada Rusiya ilə olan güclü kommunikasiya Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi risklərə yol açır. Çünki ermənlər uzun illər özlərini əzilmiş xristian xalqı kimi təqdim edirlər. Onlar bu yolla Azərbaycan və Türkiyə qarşısından güclü dəstək qazanmağa çalışırlar. Təəssüf ki, bizim özümüzdən aslı olmayan səbəblərə görə biz müsəlman, şiə ,türk kimi adlarla klasifikasiya olunuruq və bizdən ehtiyat edirlər.

Ermənlər Qərbin xristian fundamelistləri ilə aktiv şəkildə çalışırlar. Hətta Paşinyan Qərbin dəstəyini qazanmaq üçün xristian ritorikasına keçid edir. Ermənistan bayrağınfa xaç yerləşdirməklə bağlı müzakirələr, Paşinyanın Ermənistanı xristian dünyasının parçası adlandırması, Amerikada Yevangelistlərə olan xitablar burada ABŞ vitse-prezidenti Mike Penslə xristian ritorikası ilə yaxınlıq istəyi bizim üçün yaxşı xəbər deyil. Bu baxımdan götürsək Qərbdə artan sağ dini cərəyanlar və Rusiyanın bu cərəyanlar üzərindən Qərbdə imicini artırması üçün çalışması, münaqişənin həllində ermənlərin mövqeyinin Qərbdə gücləndirir və bizə qarşı ədalətsiz mövqeyə səbəb olur. Rusiyanın Gürcüstanda da dini dairələri hərəkətə keçirməsi, nəzərə alsaq ki, Kilsə Gürcüstan həyatında mühüm rol oynayır o zaman Moskva tabeliyində olan kilsə vasitəsilə Gürcüstan ictimaiyyətinə təsir etməyə və regionun Qərb qapısında söz sahibi olmağa çalışır. Avropada və Rusiyada erməni lobbisinin aktiv işləməsi və dünyada gedən ideoloji gərginlik, trend və keyfiyyət dəyişiklikləri, region ölkələri üçün və xüsusilə də Dağlıq Qarabağ baxımından bizim üçün yeni risklər vəd edir.
XƏBƏR LENTİ
SORĞU