09 dek 21:04siyaset

DEPUTAT OLMAQ İSTƏYİRƏM!

DEPUTAT OLMAQ İSTƏYİRƏM!Səməd Vəkilov

Son vaxtlar yaman dəb düşüb, hamı deputat olmaq istəyir. Namizədliyini verməyənə el içində pis baxırlar. Deyirlər, görəsən nə çatışmamazlığı var ki, namizədliyini irəli sürmür. Pis çıxmasın, əsgərlikdən yayınana necə birtəhər baxırlarsa, deputat olmaq istəməyənlərə də elə bu cür baxırlar.
Əgər deputat olmaq istəmirsənsə, beş kişinin yanında ağzını açıb danışa bilməzsən. Elə ona görə də bu məmləkətin siyasətçisi də, şairi də, jurnalisti də, artisti də, qırçısı da deputat olmaq istəyir.

Fikirləşirsən, əcaba, bu millət niyə belə canfəşanlıqla deputat olmaq istəyir? Bəlkə ad-sana, şan-şöhrətə görə? Bəlkə yaxşı maaş görə? Vallah, eşitmişəm ki, deputatlar 300 dollar (2000-ci ildə bu məbləğdə idi-müəllif) maaş alır. Ancaq inanmıram. Əhalisinin əksəriyyəti dilənçi kökündə yaşayan bir ölkənin millət vəkilləri belə iş görməzlər.

Burası da var ki, namizədlərin sırasında sevimli sənətçilərimizi görəndə fikirləşirsən, görəsən, ömür boyu xalqına xidmət etmiş bu cəfakeş insanlar, yəni həqiqətən millətin dərdini çəkmək üçün deputat olmaq istəyirlər? İndi fikir məni alıb. Birdən bu şairlər, müğənillər hamısı oldu deputat, bəs onda incəsənətlə kim məşğul olacaq? Öz aramızdı, keçən seçkilərdə nə qədər istedadlı şairimiz, müğənnimiz qızıl kimi vaxtını qanun yaradıcılığına sərf etdi. Nəticədə nə qədər gözəl əsərlərin, mahnıların zövqündən məhrum olduq.

Əziz həmvətənlərim! İndi yaman çətin vəziyyətə düşmüşəm. Qonum-qonşu deyir ki, gül kimi oğlansan, niyə namizədliyini vermirsən. Mənim də üzüm gəlmir deyəm ki, deputat olmaq istəmirəm. İndi, əzizlərim, məhz bu səbəbdən, yəni elin töhmətindən qurtarmaq üçün istəyirəm mən də öz namizədliyimi verəm.

Dedektiv” qəzeti 27-29 sentyabr, 2000

XƏBƏR LENTİ
21-01-2020, 16:36
SORĞU