03 dek 18:25siyaset

"İslahatların tamamlanması üçün qanunverici orqanda da dəyişikliklərin aparılması labüddür və zəruridir"

"İslahatların tamamlanması üçün qanunverici orqanda da dəyişikliklərin aparılması labüddür və zəruridir" Mehdi Balabəyov: YAP Siyasi Şurasının parlamentin buraxılması ilə bağlı təşəbbüsü ciddi əsaslara söykənir

“Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının parlamentin buraxılması ilə bağlı təşəbbüsü ciddi əsaslara söykənir. Ölkəmizin siyasi sisteminin əsas sütunu olan YAP bu addımı ilə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə adekvat olaraq parlament islahatlarını zəruri hesab edir”.

Bu fikirləri YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov deyib.

M.Balabəyov bildirib Azərbaycanda bir çox sahələrdə aparılan islahatların tamamlanması üçün ölkənin qanunverici orqanında da dəyişikliklərin aparılması zəruridir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində genişmiqyaslı tədbirlər həyata keçirilir: “Son vaxtlar daha çox icra strukturlarında baş verən islahatlar bunun cəmiyyətin inkişafı üçün faydalı olduğunu sübuta yetirdi. Bundan əvvəl Milli Məclisdə hüquq siyasəti üzrə qanunların təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin təklifləri əsasında da məsələlərə baxıldı. Bu da öz növbəsində məhkəmə orqanları sferasındakı islahatların cəmiyyətimiz üçün səmərəli olduğunu isbatladı. Bu səbəbdən islahatların tamamlanması üçün qanunverici orqanda da dəyişikliklərin aparılması labüddür və zəruridir. Bu islahatlar yalnız ölkəmizin bundan sonrakı inkişafına xidmət edə bilər”.

Təşkilat sədri söyəyib ki, digər sahələrdə olan islahatların uğurla həyata keçirilməsi üçün Milli Məclis yeni tipli qanunlar qəbul etməlidir. Bu isə yenilənmiş parlamentin formalaşmasını gündəmə gətirməyi zəruri edir: “Parlamentin buraxılması və yeni seçkilərə start verilməsi ölkəmizin müstəqillik dövrü inkişafının yeni bir tarixi mərhələsinə başlamaq üçün atılacaq zəruri addımlardan biri olacaq”.
XƏBƏR LENTİ
SORĞU