16 noy 13:24siyaset

Arif Hacılının siyasi mühacirə verdiyi növbəti saxta arayışı - Foto

 Arif Hacılının siyasi mühacirə verdiyi növbəti saxta arayışı - Foto
Müsavat Partiyasının daha bir siyasi mühacirə saxta arayış verməsi ilə bağlı iddia ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Yafəz Əkrəmoğlu məlumat yayıb.

O, Arif Hacılının imzası, Müsavat Partiyasının möhürü ilə verilən arayışın fotosunu paylaşaraq yazıb:

“Bu qәdәr hәngamәdәn sonra Gülağa Aslanlı yenә deyir ki, fakt qoyun! Bu qәdәr fakt yetәrli deyilmi? Deyilsә, Arif Hacılının orijinal imzası, Müsavatın halalca möhürü ilә "geydirmә siyasi mühacir"ә verilәn bir arayışı da paylaşıram. Bilirәm ki, bir yol tapıb, boyunlarından atmağa çalışacaqlar. Önәmli deyil, sadәcә mәlumatlanın.

İçi saxta vә yalan mәlumatlarla dolu bir arayışdan gedir söhbәt. Bu arayışı Arif Hacılı 2014-cü ildә Avropaya mühacirәtә getmәk istәyәn bir naxçıvanlıya verib. Hәlәlik adının üstündәn xәtt çәkib paylaşıram. Arayışda yazılıb ki, arayış verilәn "qәhrәman" Müsavat Partiyasının Babәk rayon tәşkilatı gәnclәr özәyinin fәal üzvüdür. Birinci yalan: Müsavat Partiyasının Naxçıvan MR әrazisindәki tәşkilatlarının heç birindә "gənclər özəyi" olmayıb. Sadәcә, arayış belә yazılıb ki, daha tәsirli görsәnsin.

Arayışın içәrisindәki “təzyiqə məruz qalıb”, “polis təqibi”, “mühacirәtә getmәyә mәcbur oldu” kimi digәr mәlumatlar da tam yalandı, şәxsin rahat siyasi mühacir status almasına hesablanıb.

Bunları nәyә görә әminliklә yazıram? Çünki mәn uzun müddәt Müsavatın Naxçıvan MR tәşkilatında rәhbәr postlarda olmuşam. Naxçıvanda elә bir müsavatçı fәal (yaxud azacıq fәal) yoxdur ki, indi dә tanımayım. Bütün tәzyiqә mәruz qalan müsavatçılar jurnalist olduğuma görә hәr zaman, anında, dәrhal mәnә mәlumat verirdilәr ki, işıqlandırım. Bu 2015-ci ilә kimi belә davam edib. Kimlәrin tәzyiqә mәruz qala bilәcәyini indi dә әzbәr bilirәm. Arayışda yazılana inansaq, bu şәxs 2008-ci ildәn partiya üzvüdür. Hәqiqәtәn tәzyiqlә üzlәşәn belә bir fәalı mәnim tanımamağım mümkünsüzdür. Qәti әminliklә deyirәm ki, hansısa siyasi fәal olan naxçıvanlı müsavatçı indiyә kimi mühacirәtә getmәyib. Kimliyindәn asılı olmayaraq. Әgәr belә bir şәxs olsa, mütlәq mәn tanıyardım. Arif Hacılının arayış verdiyi bu şәxsi isә mәn qәtiyyәn tanımıram. Harada, necә, hansı mәqsәdlә müsavatçı edilib, bu arayış yazılıb, özlәri cavab versin”.

Y.Əkrəmoğlu qeyd edib ki, bəlkə də bu şəxs Bakıdakı qәrargahdakı arxivә saxta yolla, köhnә tarixә qeydiyyata salınıb:

"Bu yaxınlarda Arif Hacılıgil guya şәffaflıq mәqsәdilә mәlumat yaydılar ki, son 5 ildә 197 әdәd arayış veriblәr. Ancaq arayış alanların kimliklәri haqda mәlumatı cidd-cәhdlә gizlәdirlәr. Araşdırmalarımıza görә, bu rәqәm әslindә dәfәlәrlә artıqdır. Bundan әlavә әksәr arayışların içәrisindәki mәlumatlatlar paylaşdığım arayışdakı mәlumatlar kimi saxtadır. Elә buna görә arayış sahiblәrinin kimliklәrini paylaşmırlar. Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr. Bax, buna görә. Etmәyin, demәsinlәr”.

O qeyd edib ki, arayışda adı keçәn şәxs 2014-cü ildә Avropa ölkәlәrinin birinә mühacirәtә gedib:

“Haqqında mәnfi qәrar çıxarılıb, siyasi status ala bilmәyib. Yәni arayışdakı yalan mәlumatlar belә ona kömәk etmәyib. Onun sonrakı taleyini vә adını göstәrmәmәkdә mәqsәd qarşılaşa bilәcәyi tәhlükәni önlәmәkdir. Yәni, bizim әlimizlә olmasın”.
 Arif Hacılının siyasi mühacirə verdiyi növbəti saxta arayışı - Foto
XƏBƏR LENTİ
9-12-2019, 21:04
SORĞU