11 noy 20:33siyaset

MSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldı

MSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıMərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 11-də keçirilən iclasında bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən daha bir partiyanın - Azərbaycan Respublikaçılar Partiyasının səlahiyyətli nümayəndəsinin qeydiyyata alınması məsələsinə baxılıb.

Avrasiya.net-in məlumatına görə, müzakirələrdən sonra Azərbaycan Respublikaçılar Partiyasının bələdiyyə seçkilərində iştirakı səsverməyə çıxarılaraq qəbul olunub.

Qərara əsasən, siyasi təşkilatın səlahiyyətli nümayəndəsi qeydiyyata alınıb.

Bununla da seçkilərdə iştirak edəcək partiyaların sayı 13-ə çatıb.

Xatırladaq ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Vəhdət Partiyasının bələdiyyə seçkilərində iştirak üçün müraciət edib və onların nümayəndələri qeydə alınıb.

MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər bələdiyyə seçkilərində iştirak etmək üçün 34624 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib. Onun sözlərinə görə, müraciət edənlərdən 23799 nəfər imza vərəqəsi götürüb. Onlardan 7952 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb.

Qeyd edək ki, dekabrın 23-də respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.
XƏBƏR LENTİ
SORĞU