08 noy 10:23siyaset

Qarabağ konfliktini bu ölkə yaratdı - Qorbaçovun adamı

Qarabağ konfliktini bu ölkə yaratdı - Qorbaçovun adamıMixail Qorbaçov Dağlıq Qarabağda münaqişənin olmasını istəmirdi.

Axar.az xəbər verir ki, bu sözləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun köməkçisi işləmiş fəlsəfə elmləri doktoru, professor İvan Fyodroviç Feklistov “Yeni Müsavat”a eksklüziv müsahibəsində deyib. O, Qarabağ münaqişəsi ilə bağlı maraqlı məqamlara toxunub:

“Qorbaçov tərəflərin sakitləşməsində maraqlı idi. Buna görə də Dağlıq Qarabağa Volskini (o zaman Dağlıq Qarabağ Muxtar Vilayətində ermənipərəst Arkadi Volskinin başçılığı ilə qeyri-qanuni, birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi yaradılmışdı – red.) göndərdi. Volski tanınmış, çox mədəni insan idi. Volski, məncə, iki ilə yaxın orada fəaliyyət göstərdi, hər iki tərəfi sakitləşdirməyə çalışdı.

Düşünürəm ki, Qarabağ konfliktini ABŞ yaratdı. Amerikalılar SSRİ-ni dağıtmaq üçün belə bir alət tapdılar”.

F.Feklistov müsahibəsində Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayıb:

“Qorbaçov bu məsələdə bir cür deyə, başqa cür düşünə, yaxud başqa variantlar üzrə hərəkət edə bilərdi. Mənə elə gəlir ki, bu gün bütün ümidlər Putinədir”.
XƏBƏR LENTİ
SORĞU