22 okt 14:33siyaset

İslahatlara qarşı kampaniyanı kim və harda aparır?

İslahatlara qarşı kampaniyanı kim və harda aparır?Burada konkret ad sadalamaq mümkün deyil. Digər tərəfdən də cənab Prezident bilir ki, hansı məmurlar Prezidentin yürütdüyü islahat kursuna maneə törətməyə çalışır, gizli yollarla sabotaj nümayiş etdirir. Əlbəttə, bunları cənab Prezident bilir, zamanı çatdıqca da bu insanlar öz cəzasını alacaqlar.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Əli Həsənov APA-nın Prezident İlham Əliyevin son müşavirədə məmurlar arasında media müstəvisində çəkişmələr və islahatlara mane olmaq istəyənlərə xəbərdarlığı barədə sualını cavablandırakən deyib.

Ə.Həsənov qeyd edib ki, Prezidentin irəli sürdüyü islahatlar kursu bir ildən artıqdır, sözün həqiqi mənasında, ölkədə öz nəticələrini göstərməkdədir:

“Sosial, sahibkarlıq, aqrar və iqtisadi islahatlar, vergi siyasəti, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin xətti ilə həyata keçirilən siyasətin müasir dünyanın standartlarına uyğunlaşdırılması, aztəminatlı ailələrə yardım sisteminin təkmilləşdirilməsi və s. sahələrdə çox ciddi işlər həyata keçirilib. İslahatlar nəticəsində büdcəyə daxilolmalar artıb. Əlbəttə, burada maddi marağına toxunulan şirkətlər, şirkət rəhbərləri də var. Bizim məmurların da bir qisminin yaxınları, ətrafında olan insanlar kommersiya ilə məşğuldur, bəzən kommersiya strukturlarında vergi sisteminə müqavimət hərəkətləri də müşahidə olunur. Bu barədə mediada da mütəmadi məlumatlar yayılır. Cənab Prezident bu çağırışları edir ki, şirkət rəhbərləri, məmurlar və onların ətrafındakı insanlar dövlətin islahatlar kursunu sabotaj etməsinlər. Dövlətin siyasi iradəsi ortadadır. Heç kim buna mane ola bilməz. Əgər belələri aşkarlanarsa, onlar cəzalandırılacaqlar. Bəzən mübarizə aparmaq üçün mətbuatdan da istifadə edirlər. Ayrı-ayrı saytlarda, xüsusən də reket saytlarda başqa-başqa insanlar, o cümlədən, islahatları həyata keçirən qurumlar haqqında müəyyən materiallar yayırlar. Belə hallara qarşı Azərbaycan Prezidenti və iqtidarı ciddi iradə meydana qoyub. Bu iradənin də nəticəsi olaraq bu tipli neqativ hallar tezliklə aradan qaldırılacaq”.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU