18 okt 07:40siyaset

Ərdoğan-Pens razılaşması işləməyəcək - Şərh

Ərdoğan-Pens razılaşması işləməyəcək - ŞərhAmerikanın bir qrup tanınmış konqresmeni Ağ Evlə Ankara arasındakı Suriya ilə bağlı bugünkü razılaşmanı qəbul etmədiklərini bildiriblər.

Avrasiya.net xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu Türkiyə lideri Ərdoğan və ABŞ vitse-prezidenti Pens arasında Suriya məsələsi ilə bağlı razılaşmaya münasibətində qeyd edib. Politoloq vurğulayıb ki, terrorçu PKK uzantıları olan YPG və PYD təmsilçiləri də oxşar açıqlama veriblər.

“Başqa sözlə Ağ Ev sahibinin Ankaraya verdiyi vəd heç nəyi həll etmir. Türkiyə yoluna davam etmək məcburiyyətində qalacaq”, - E.Şahinoğlu bildirib.

Qeyd edək ki, az öncə ABŞ vitse-prezidenti Penslə Ərdoğan arasında Türkiyədə keçirilən görüş müsbət nəticələnib. Razılaşmaya görə, Türkiyə "Sülh çeşməsi" əməliyyatına 120 saatlıq fasilə verib, bu müddətdə isə təhlükəsizlik zonasından YPG-nin çıxarılması və ağır silahların bu terror təşkilaından geri alınmasını ABŞ öz üzərinə götürüb.
XƏBƏR LENTİ
SORĞU