16 okt 19:21siyaset

Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ

Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ“Radikal müxalifətin əhalinin gur olan yerində kütləvi aksiya keçirmək istəyi provokasiyadan başqa bir şey deyil”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Şuranın 19 oktyabra planlaşdırdığı mitinqi haqqında danışarkən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının şöbə müdiri Aydın Mirzəzadə söyləyib. Deputat qeyd edib ki, kütləvi aksiyalar heç bir halda insanların hərəkətinə, təhlükəsizliyinə, nəqliyyatın fəaliyyətinə mane olmamalıdır:

“Radikal müxalifət bu gün sosial bazasının olmadığını, özünün aksiyalarına insan toplaya bilmədiyini elə bir nəfər funksionerinin dili ilə bildirdi: “biz biabır olduq, mitinqlərimizə insan yığa bilmirik”. Kütləvi məkanlarda aksiya keçirməklə sadəcə olaraq, hərəkətdə olan insanları öz tərəfdarları kimi qələmə vermək istəyirlər. Dünyanın heç bir yerində heç bir mitinq, heç bir piket insanların hərəkət etdiyi, nəqliyyatın gur olan yerində keçirilmir. Bu provakasiyadır. Belə etmək istəyəcəklərsə, bunu keçirən müxalifət qanadı öz hüquqi cavabını alacaq”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqinin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nunda keçirilməsinə icazə verib. Şura təmsilçiləri isə bu qərarla razılaşmayaraq, mitinqi metronun 28 may stansiyasının çıxışında keçirməkdə israrlı olduqlarını diqqətə çatdırıblar.
XƏBƏR LENTİ
SORĞU