08 okt 17:41siyaset

Fərəc Quliyev İsgəndər Həmidova qoşulan partiyadaşını CƏZALANDIRDI

Fərəc Quliyev İsgəndər Həmidova qoşulan partiyadaşını CƏZALANDIRDIMilli Dirçəliş Hərəkatı Partiyası (MDHP) bu qurumun qərarı olmadan və prinsiplərinə zidd fəaliyyət göstərən təşkilatlara qoşulan və ya hər hansı bir formada əməkdaşlıq edən üzvləri barədə açıqlama yayıb.

Partiyadan Avrasiya.net-ə verilən açıqlama deyilir ki, belə təşkilatlardan biri Azərbaycan Xalq Hərəkatı (təsisçisi sabiq daxili işlər naziri İsgəndər Həmidov-red) adlı qurumdur.

“Onu da bildiririk ki, partiya qərarı olmadan AXH sıralarında yer alan MDHP sədrinin Binəqədi rayon təşkilatı üzrə səlahiyyətli nümayəndəsi Cavanşır Rzazadə barədə tədbir görülərək, onun partiyadakı vəzifəsinə xitam verilmiş və partiya üzvlüyü ilə bağlı məsələ isə Nəzarət-Təftiş Komissiyasına həvalə edilmişdir. MDHP sədrinin Binəqədi rayon təşkilatı üzrə səlahiyyətli nümayəndəsi görəvi müvəqqəti olaraq Elşən Manafova tapşırılmışdır.

Biz MDHP olaraq bir daha bəyan edirik ki, istənilən bölücü, parçalayıçı, qiyamçı və təxribatçı mövqenin və çağırışların xalqımıza və dövlətimizə nə qədər zərəli olduğunun fərqindəyik və mövqeyimizə zidd çağırışlar edən təşkilatlarla hər hansı bir formada əməkdaşlığımlız yoxdur. MDHP üzvlərinin nəzərinə çatdırırıq ki, bu dönəmdə yerli rayon təşkilatlarının avtonom hüquqları bir müddət məhdudlaşdırılacaq və ölkədə fəaliyyət göstərən siyasi təşkilatlarla əmakdaşlığı yalnız təşkilatın ali orqanlarında aparılan müzakirələr əsasında partiya adından verilmiş qərararla nəzərllərinə çatdıracaq və ya MDHP sədrinin yazılı sərəncamları ilə tapşırıqlar veriləcək”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri deputat Fərəc Quliyevdir.
XƏBƏR LENTİ
SORĞU