30 sen 14:27siyaset

Rafael Cəbrayılov mandatından imtina etdi

Rafael Cəbrayılov mandatından imtina etdiMilli Məclisin deputatı Rafael Cəbrayılov mandatından imtina etməsi ilə bağlı özü Milli Məclisə müraciət edib.

O, Konstitutsiyanın verdiyi səlahiyyətdən istifadə edərək,özü istefa verdiyini bildirib.

Avrasiya.net xəbər verir ki, bu haqda məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli verib. “Rafael Cəbrayılov Azərbaycan xalqından və dövlətindən üzr istədiyini və istefa verdiyini Milli Məclisə bildirib”, - deyə Əli Hüseynli deyib.

Qeyd edək ki, R.Cəbrayılov Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.
XƏBƏR LENTİ
Dünən, 20:43
SORĞU