24 sen 14:57siyaset

İlham Əliyev Putinlə görüşəcək

İlham Əliyev Putinlə görüşəcəkAzərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, görüş oktyabrın 3-də Soçidə “Valday” beynəlxalq diskussiya klubunun sessiyası çərçivəsində baş tutacaq.

“Valday” beynəlxalq diskussiya klubunun sessiyasında Azərbaycan Prezidenti ilə yanaşı, İordaniya kralı II Abdullah, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Filippin Prezidenti Rodriqo Duterte də iştirak edəcəklər.

O qeyd edib ki, Rusiya Prezidenti adıçəkilən dövlət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.

“Valday” beynəlxalq diskussiya klubunun XVI illik iclası sentyabrın 30-dan oktyabrın 3-dək Soçidə təşkil olunacaq.
XƏBƏR LENTİ
SORĞU