23 sen 15:16siyaset

AKP-nin növbəti plenumu keçirilib

AKP-nin növbəti plenumu keçirilib22 sentyabr 2019-cu il tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu keçirilib.

AKP-dən Avrasiya.net-ə verilən məlumata görə, plenumda 2019-cu ilin 4-cü rübündə AKP-nin qarşısında duran bir sıra vacib məsələlər geniş müzakirə olunub.

AKP MK sədri Rauf Qurbanov tədbiri açıq elan edərək gündəlikdə duran məsələləri plenum iştirakçılarının nəzərinə çatdırmışdır. Natiq cari ilin keçən dövrü ərzində görülən işlərlə yanaşı, qarşıdakı əsas vəzifələr barədə ətraflı məruzə etmişdir. Tədbirdə bu ilin dekabr ayında Respublikada yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərə hazırlığın vəziyyəti və Azərbaycan Kommunist Partiyasının həmin seçkilərdə iştirakı hərtərəfli müzakirə olunmuşdur. Rayon-şəhər Partiya Komitələrinin rəhbərlərinə tapşırılmışdır ki, bir ay ərzində yerlərdə namizədlikləri Azərbaycan Kommunist Partiyası tərəfindən irəli sürüləcək yoldaşların siyahılarını hazırlayıb AKP MK katibliyinə təqdim etsinlər. Daha sonra AKP MK sədri Rauf Qurbanov 16 iyun 2019-cu il tarixində Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martines Berroteronla və o cümlədən 02 sentyabr 2019-cu il tarixində Venesuela Bolivar Respublikasının Azərbaycanda rəsmi səfərdə olmuş xarici işlər nazirinin Asiya, Yaxın Şərq, Okeaniya dövlətləri üzrə müavini Ruben Dario Molina ilə keçirdiyi görüşlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.
AKP-nin növbəti plenumu keçirilib
AKP MK sədrinin müavinləri F. Rəşidov, A. Şiriyev, AKP MNTK-nın sədri Ə. Bağırov, AKP Lerik RK birinci katibi S. Qafarov, AKP Mingəçevir ŞK birinci katibi G. Şəfəqətov, AKP Goranboy RK birinci katibi T. Əsədov, AKP Beyləqan RK birinci katibi İ. Məhərrəmov, AKP Samux RK birinci katibi E. Aslanov, AKP MK-nın Muğan zonası üzrə kordinatoru, AKP Sabirabad RK birinci katibi N. Ağayev və digər yoldaşlar gündəlikdə duran məsələlər ətrafında fikir bildirərək, yuxarıda qeyd olunan görüşlərin mütəmadi keçirilməsinin AKP-nin istər beynəlxalq aləmdə, istərsə də Respublika daxilində nüfuzunun artırılmasına xidmət etdiyini qeyd etmişdilər. Partiya işində aktiv fəaliyyətlərinə görə S.Tağıyev, İ.Məhərrəmov, S. Qafarov RFKP MK-nın təsis etdiyi xatirə medalları ilə təltif olunmuşlar. Beləliklə, Azərbaycan KP MK-nın plenumu gündəlikdə olan məsələləri ətraflı müzakirə edərək, müvafiq qərarlar qəbul etmiş və bununla da öz işini yekunlaşdırmışdır.
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU