31 avq 19:54siyaset

"Yalnız Əhməd Orucdan ibarət olan təşkilat necə Xalq Hərəkatı ola bilər"

"Yalnız Əhməd Orucdan ibarət olan təşkilat necə Xalq Hərəkatı ola bilər"Bu barədə Versus.Az-a ikiyə parçalanan Azərbaycan Xalq Hərəkatının hazırki durumu və yaranan ziddiyyətlərlə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri, AXH Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi sədrinin birinci müavini Fuad Əliyev bildirib.

F.Əliyev deyib ki, AXH -nin digər qanadında təmsil olunduğu bildirilən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də hərəkatdan ayrıldığını bəyan edib.

Partiya sədrinin fikrincə, görünür həmin hərəkata daxil olan maliyyənin təsiri ilə yaranan daxili ziddiyyət onların bir hərəkat olaraq formalaşmasını imkansız edir. Eyni zamanda qeyd edib ki, sağını-solunu heç bir sərhəd tanımadan "qamçılayan" Əhməd Orucun bu istefaya hansı reaksiya verməsindən asılı olmayaraq, proses onların əleyhinə işləyir. Çünki əvvəldən intriqalarla gündəmə gələn hərəkat sosial etimadı qazana bilməz.

F.Əliyev bildirib ki, proseslərin gedişi göstərir ki, Ə.Orucun iddia etdiyi kimi onların AXH adından danışmağa heç bir fəaliyət gücü, hüququ yoxdur.
XƏBƏR LENTİ
SORĞU