05 avq 15:30siyaset

Həsən Ruhani və Cavad Zərif Azərbaycana səfər edəcək

Həsən Ruhani və Cavad Zərif Azərbaycana səfər edəcək
İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər.

Bu barədə APA-ya eksklüziv açıqlamasında Məhəmməd Cavad Zərif bildirib.

Cavad Zərif deyib ki, o, İran Prezidenti ilə birgə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə iştirak üçün Azərbaycana gələcək.

“İran Azərbaycanla çox yüksək səviyyədə əlaqələrə sahibdir. Ölkəmiz Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə İran ən yüksək səviyyədə iştirak edəcək”, - iranlı nazir vurğulayıb
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU