19 iyl 16:55siyaset

Əli Kərimli Leyla Yunusdan niyə qorxur?

Əli Kərimli Leyla Yunusdan niyə qorxur?
Leyla Yunus ifşa olunmuş personadır. Onun həm Xalq Hərəkatındakı iştirakı, həm Müdafiə Nazirliyində analitik-informasiya şöbəsinin rəhbəri olduğu dönəmdəki fəaliyyəti, həm də sonrakı mərhələdə hüquq müdafiəçisi qiyafəsində gördüyü bütün işlər SSRİ Hərbi Əks-kəşfiyyat İdarəsinin və onun varisi olan xüsusi xidmət orqanlarının nəzarəti, tapşırığı ilə gerçəkləşib.

Bu sözləri Axar.az-a açıqlamasında Aznyus.az xəbər portalının baş redaktoru, siyasi təhlilçi Taleh Şahsuvarlı deyib.

Siyasi təhlilçinin sözlərinə görə, Leyla Yunusun Sevinc Osmanqızının video-bloqunda sabiq prezident Əbülfəz Elçibəyi “DTK agenti” adlandırması təsadüfi deyil:

“Hansı çıxışın hansı məqamda edilməsinə həmişə diqqət yetirmək lazımdır. Bilirsiniz ki, bu yaxınlarda Əbülfəz Elçibəyin xanımı dünyasını dəyişdi, onun dəfn və hüzr mərasimi xərcləri Prezident İlham Əliyevin, I vitse-prezident Mehriban xanım Əliyevanın tövsiyəsi ilə Heydər Əliyev Fondu tərəfindən qarşılandı. Bu addım cəmiyyətin bütün sağlam kəsimləri tərəfindən müsbət dəyərləndirildi, siyasi mübarizənin mütərəqqi xarakter alması, kəskin qarşıdurmadan optimal rəqabətə çevrilməsi baxımından təqdir edildi. Leylayunuskimilərinə isə Azərbaycan cəmiyyətinin nihilist qütblərə bölünməsi sərf edir. Onun açıqlaması da məhz nihilizmə, nifaqa, fitnəyə xidmət göstərir”.

Taleh Şahsuvarlının fikrincə, AXCP sədri Əli Kərimlinin Leyla Yunusun bir neçə gün öncə səsləndirdiyi ittihamlara bugünəcən cavab verməməsi, susqunluq nümayiş etdirməsi, əslində, gözləniləndir:

“Əli Kərimli ölkədə az qala havanın tempraturunun bir selsi qalxıb- enməsinə də sosial şəbəkələrdə reaksiya verir, hər hansı mövzu yaranan kimi tezcənə Sevinc Osmanqızının, Qənimət Zahidin internet kanallarına çıxıb saatlarla danışır. Ona görə də hazırda ənənəvi və yeni medianın təmsilçiləri haqlı olaraq Əli Kərimliyə sual ünvanlayırlar ki, xeyir ola, əgər AXCP Əbülfəz Elçibəyin təşkilatıdırsa, nədən Leyla Yunusa cavab vermirsən? Ancaq bu sualın cavabı elə sualın özündədir. İndiki AXCP Əbülfəz Elçibəyin təşkilatının ancaq möhürünə malikdir. O möhürdən başqa Əbülfəz Elçibəydən, Əbülfəz Elçibəyin başçılıq etdiyi partiyadan o təşkilatda heç bir nişanə, əlamət yoxdur. Əli Kərimli özü Əbülfəz Elçibəyin əleyhinə indi Leyla Yunusun səsləndirdiyi ittihamlardan daha ağır təhqir və böhtan yazdıran adamdır. Özü də, çevrəsindəkilər də Elçibəyə heç də Leyla Yunusdan az nifrət eləmir. Nə deyəsidir ki?”

Siyasi analitik hesab edir ki, Əli Kərimlinin susqunluğunun bir səbəbi də Leyla Yunusun şantajlarından çəkinməsi ilə bağlıdır:

“Leyla Yunus hazırda Avropada məskunlaşsa da, müəyyən rıçaqlara malikdir. Məsələn, bu rıçaqlardan biri Avropadakı “söyüş batolyonu”, digəri Mehman Əliyevin “Turan” agentliyi, başqa biri əsl adı “Allahverdi” olan Aslan İsmayılov kod adlı şəxsdir. Əli Kərimli yaxşı başa düşür ki, koordinatoru Leyla Yunus olmaqla bütün bu rıçaqların hamısının başı eyni yerə, eyni mərkəzə bağlıdır. Ən mühüm faktor isə budur ki, Əli Kərimlinin vitrini səciyyəsi daşıyan Milli Şura, faktiki olaraq, Leyla Yunusun koordinatorluğu ilə onun bağlı olduğu qüvvələr tərəfindən yaradılıb. Leyla Yunus Milli Şuranın yaranması ərəfəsində Əli Kərimlinin həmin qüvvələr qarşısında üzərinə götürdüyü öhdəliklər, onlardan aldığı maliyyə dəstəyi ilə bağlı çarpıcı məlumatları açıqlasa, AXCP sədrinin halı necə olar? Əli Kərimlinin Leyla Yunusa cavab verməsi üçün öncə Milli Şuradan imtina etməsi, Azərbaycan cəmiyyəti, milli qüvvələr qarşısında səmimi etiraflar səsləndirərək həmin layihəni tarixin arxivinə göndərməsi lazımdır. Ancaq Əli Kərimlinin potensialı, iradəsi bu cür yüksək liderlik nümunəsi ortaya qoymağa yetmir. Bəlkə də bu cür qınaqlardan sonra çıxıb candərdi bir-iki kəlimə nə isə deyəcək, amma bu, gərəkən cavab sayılmayacaq. AXCP-nin, Əli Kərimlinin Leyla Yunusa əsl cavabı Milli Şuradan imtina etməsi ola bilər”.
loading...
XƏBƏR LENTİ
SORĞU