11 iyl 15:13siyaset

Prezident Fərasət Qurbanovu medalla təltif edib

Prezident Fərasət Qurbanovu medalla təltif edibAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

F.Qurbanov bu münasibətlə Azərbaycan prezidentinə minnətdarlığını ifadə edib: "Bu medalla təltif olunmağımdan böyük qürur hissi keçirir və Cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Allah dövlətimizi və cənab Prezidentimizi qorusun!"

Dəyərli Fərasət Qurbanovu Avrasiya İnformasiya Agentliyi (avrasiya.net) və Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin kollektivi adından təbrik edir və ictimai-siyasi, vətəndaş quruculuğu sahəsindəki fəaliyyətində daha böyük uğurlar arzulayırıq!
Prezident Fərasət Qurbanovu medalla təltif edib
loading...
XƏBƏR LENTİ
SORĞU