11 iyl 14:10siyaset

Paşinyan Qərbdən gözlədiyi tam dəstəyi ala bilmir - Politoloq

Paşinyan Qərbdən gözlədiyi tam dəstəyi ala bilmir - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır. Nikol Paşinyan Qərbdən gözlədiyi tam dəstəyi ala bilmir və getdikcə proseslər onun əleyhinə işləyir. Demək olar ki, özlərini demokrat adlandıran elektorat ölkədə bir hakimiyyətlilik formalaşdırır. Nikol Paşinyan hazırda özünü qanunlardan da ali sayaraq yalnız, öz sisteminin möhkəmlənməsinə çalışır. Onun "Qarabağ klanı" ilə siyasi mübarizəsi yeni qarşıdurma müstəvisinə keçir.

Qeyd edim ki, İşğal olunmuş ərazilərdə qondarma rejimdə keçiriləcək "prezident seçkilərində" öz namizədinin qalib gəlməsinə çalışır. Gələn ilə kimi məhz çalışır ki, R. Koçaryanı həbsdə saxlamaqla Qarabağ klanın Xankəndindəki nəvəsini zərərləşdirsin. Bu istiqamətdə Sarkisyanın düşməni Samvel Babayanın əli ilə Xankəndində nümayişlərə start verməyə başlayıb. Bununla o, Bako Saakyan və Vitali Balansanyanın ñövbəti planın qarşısına S.Babayanı çıxarır.

Əgər, gələn il Xankəndində qondarma qurumda öz adamını rəhbər gətirə bilsə, Koçaryanı həbsdən azad edəcək və demək olar ki, Qarabağ klanını tam zəiflədəcək. Rusiyanın proseslərə müdaxiləsinə gəldikdə isə, Kreml soyuqlar yaxınlaşdıqca Paşinyana qarşı enerji daşıyıcılarının qiymətlərini qaldıracaq. Məhz bu təzyiqi neytrallaşdırmaq üçün Paşinyan Tehrandan istehlak üçün qaz anlaşmasına gedir.

Göründüyü kimi Ermənistanda mövcud vəziyyət Paşinynanın Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı bir müsbət təşəbbüsü olmayacaq. Əsas problem olaraq Qarabağda öz adamını rəhbərliyi gətirməyə çalışır. Bundan sonra danışıqlarda müəyyən proseslər canlana bilər. Qeyd edim ki, hazırda Paşinyan danışıqlarda maraqlı deyil və növbəti işğal olunmuş ərazilərdə seçki şousuna gedir. Burada Qarabağ klanı ilə ölum-olum mübarizəsi başlayacaq.

Cəbhədə Azərbaycanın təzyiqə getməməsi görünür, burada baş verən proseslərdə Qarabağ klanının sistemdən uzaqlaşdırmaq üçün Paşinyana növbəti şans tanıyıb.
Xarici işlər nazirlərinin Vaşinqton görüşündə gizli detallarda məhz atəşkəsə tam riayət olunmasının razılaşdırılmasının arxasında yeni bir mərhələnin olduğu nəzərə çarpır.
loading...
XƏBƏR LENTİ
SORĞU