11 iyl 13:36siyaset

Prezident İlham Əliyev Elçin Mirzəbəylini təltif edib

Prezident İlham Əliyev Elçin Mirzəbəylini təltif edibPrezident İlham Əliyev "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, Bakı Natiqlik Məktəbi İctimai Birliyinin sədri, tanınmış analitik Elçin Mirzəbəylini "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edib.

E.Mirzəbəyli dövlət başçımıza minnətdarlığını bildirib: ""Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalına layiq görülənlərin sırasında olduğum üçün xöşbəxtəm. Mənim üçün çox böyük mənəvi dəyəri olan bu yüksək mükafata görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm.
Tanrı Azərbaycanı qorusun!"
Prezident İlham Əliyev Elçin Mirzəbəylini təltif edib

Dəyərli Elçin Mirzəbəylini Avrasiya İnformasiya Agentliyi (avrasiya.net) və Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin (ADİİM) kollektivi adından təbrik edir və ictimai-siyasi fəaliyyətində daha böyük uğurlar arzulayırıq!
loading...
XƏBƏR LENTİ
SORĞU