11 iyl 10:31siyaset

"Prezidentinin şəxsi nüfuzu ön planda dayanır"

"Prezidentinin şəxsi nüfuzu ön planda dayanır"Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Buna görə də həm NATO, həm Rusiya Azərbaycana etibar edir və danışıqların aparılması üçün məkan olaraq Azərbaycanı seçib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli NATO-Rusiya görüşünün Bakıda təşkil olunmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin önəmli səbəbləri var:

“Bu görüşün ölkəmizdə keçirilməsinin əsas səbəbindən biri Azərbaycanın sabit və təhlükəsiz ölkə olmasıdır. Eyni zamanda Azərbaycanın tutduğu neytral mövqe belə görüşlərin keçirilməsinə əsas verir. Bu görüşlərdə tərəflərinin heç biri özünü ölkəmizdə narahat hiss etmir. Təbii ki, Azərbaycan bu imici yaratmaq üçün uzun illərdir düzgün siyasət aparır. Xüsusilə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib”.

Politoloq belə mühüm görüşlərin Bakıda keçirilməsinin Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlı olduğunu qeyd edib:

“Şübhəsiz ki, bu prosesdə Azərbaycan Prezidentinin şəxsi nüfuzu və beynəlxalq münasibətlər sistemində oynadığı rol ön planda dayanır. Buna görə də belə mühüm görüşün Azərbaycanda keçirilməsi heç də təəccüblü deyil”.

Qeyd edək ki, Rusiya Müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ötən gün Bakıda ABŞ Hərbi Hava Qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Tod Uolterslə görüş keçirib.
loading...
XƏBƏR LENTİ
SORĞU