17 iyn 17:17siyaset

Nazirlərin Vaşinqton görüşündən nəticə nə ola bilər...

Nazirlərin Vaşinqton görüşündən nəticə nə ola bilər...Məhəmməd Əsədullazadə
politoloq

Vaşinqtonda İyunun 20-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu görüş erməni tərəfinin intensiv təxribatının davam eteməsi və ötən il şifahi razılaşdırılmış Düşənbə anlaşmasının qüvvədən düşməsi fonunda keçiriləcək. Xarici işlər nazirlərinin bu görüşündə həmsədrlərin də iştirakı ortada yeni detalın müzakirə olunmayacağı kimi qiymətləndirmək olar. Çünki, həmsdərlərin iştirakı ilə keçirilən görüşlər imitasiya xarakteri daşıyır, xüsusi ilə humanitar aksiyaların əldə olunması masaya yatırılır. Paris və Moskvada keçirilən danışıqlar məhz bu qəbildən olduğu üçün bu görüşdə də müsbət nəticənin əldə olunması gözlənilmir.

Qeyd edim ki, Ermənistan Düşənbə, Vyana, Paris və Moskva görüşlərindən sonra etimad mühitinə zərbə vurdu, prosesləri cəbhədə təxribat etməklə sıfırladı. Bu da işğalçı ölkənin hərhansı bir razılığa gəlmək planın olmamasından irəli gəlir. Yerevan Vaşinqton görüşündən sonra yenidən cəbhədə təxribat edəcək. Təbii ki, bu təlimat Kremldən veriləcək. Çünki, ABŞ bu görüşdə öz həll formulunu masaya gətirəcək. Bu, Bolton planı kimi xarakterizə edilir. Moskva "Kazan planına"-Lavrov planına malik olduğu üçün Vaşinqtonun həll təklifinə müsbət baxmır. Sadəcə Vaşinqton görüşündə danışıqların davam etdirilməsi və əsirlərin dəyişdirilməsi əsas mövzu olacaq.

Əgər, həmsədrlər bu görüşə qatılmasaydı ABŞ tərəflərlə ciddi müzakirə apara bilərdi. Hətta Əliyev-Paşinyan görüşü növbəti aylararda təşkil edilə bilərdi.
Rusiyanın Vaşinqton görüşündə olması tam detallı ilə, bu danışıqlarında manipulyasiyasına gətirib çıxarır
loading...
XƏBƏR LENTİ
SORĞU