27 may 18:58siyaset

Fuad Əliyev ABŞ-a işgüzar səfərə gedib

Fuad Əliyev ABŞ-a işgüzar səfərə gedibAzərbaycan Liberal Demokrat Partiysının (ALDP) sədri, Azərbayan Xalq Hərəkatının (AXH) Məclis sədrinin müavini Fuad Əliyev ABŞ-a işgüzar səfər gedib.
F.Əliyevin ALDP Mətbuat Xidmətinə verdiyi məlumata görə, o, Vaşinqtonda bir sıra görüşlər keçirəcək.

Görüşlərdə partiya sədri Azərbaycanın ictimai-siyasi vəziyyətindən, Azərbaycan Xalq Hərəkatının (AXH) yaranması və məqsədləri, Azərbaycanda insan haqlarının qorunması vəziyyətindən və Dağlıq Qarabağ münaqişəsinin həllindən danışacaq. F.Əliyev onu da bildirib ki, özü ilə ABŞ-a apardığı ermənilərin işğalçılıq siyasətini ifşa edən kitabları görüşəcəyi şəxslərə təqdim edəcək.
loading...
XƏBƏR LENTİ
SORĞU