24 may 03:35siyaset

Azərbaycan niyə NATO-ya üzv olmaq istəmir?

Azərbaycan niyə NATO-ya üzv olmaq istəmir?Kamran Sultanlı
ekspert

NATO Azərbaycan arasında əməkdaşlıq 1994-cü ildən SNT proqramı vasitəsilə başlayır. 25 il ərzində Azərbaycan NATO arasında münasibətlər inkişaf edib. Azərbaycan 1999-cu il Kosovo və 2001-ci ildə Əfqanıstana yüksək dəstək missiyasında iştirak edir. Rəsmi Bakı, "Şimali Atlantika Bloku" ilə əməkdaşlığa xüsusi önəm verir. NATO da, öz növbəsində Azərbaycana xüsusi önəm verir. Aprelin 4-də Vaşinqtonda NATO-nun yaradılmasının 70 illiyinə həsr edilən konfransda, NATO baş katibi Yens Stoltenberq Azərbaycanın xüsusi tərafdaş olduğunu və Əfqanıstana dəstək missiyasında Bakının xüsusi halqa təşkil etdiyini, "Bakı-Tbilisi-Qars" lahiyəsinin alyansın Əfqanıstana dəstək missiyasında xüsusi əhəmiyyətə malik olduğunu qeyd etdi. Bu da "BTQ" -nin iqtisadi lahiyədən çox geosiyasi cəhətdən mühüm birləşdirici bir əhəmiyyətə malik olduğunu sübut edir.

NATO-nun Cənubi Qafqaza baxışı dövrlərə uyğun olaraq fərqlənib. "Şimali Atlantika İttifaqı" soyuq müharibə dövründən sonra mövcudluğu üçün səbəbə ehtiyac var idi. SSRİ-nin dağılmasından sonra blokun mövcudluğu üçün hansı amillərin öndə tutulması ciddi müzakirə mövzusu idi. Britaniyanın eks baş naziri Tetçer, NATO-nun mövcudluğu üçün islam radikalizmini səbəb kimi göstərirdi. Daha sonra qərblilər anladılar ki, NATO-ya, Avroatlantik məkanda yeni təhlükələrin qarşısının alınması üçün ehtiyac var. NATO 90-cı illərdə daha çox enerji amilinə görə Cənubi Qafqazda fəallıq göstərirdi. Burada iri Qərb neft şirkətlərinin regiona gəlməsi, NATO-nu buraya cəlb edirdi. 2001-ci ildə, 11 sentyabr hadisəsindən sonra terorla mübarizə Qərbin və onun lideri ABŞ-ın xarici siyasətində prioritetə çevrildi. Əfqanıstanda NATO-nun terrorla mübarizədə əməliyyatları Cənubi Qafqazın xüsusilə Azərbaycanın rolunu artırdı. 2001-ci ildə, Putinin Kremlə gəlməsi ilə Rusiya imperial siyasətinə yenidən qayıtmağa başladı. NATO 2008-ci ilə qədər bir-çox Şərqi Avropa dövlətlərini təşkilata üzv qəbul etdi. Alyans Şərqə doğru genişləndi. Bir çox analitiklər bu addımı NATO-nun gələcəyi üçün təhlükəli olduğunu qeyd edirdilər. Çünki NATO "Transatlantik" münasibətlər üzərində qurulub. Avroatlantik məkandan kənara çıxmaq onun gələcəyi üçün bədbin proqnozlar ehtimallarını artırır. 2008-ci il Buxarest sammitindən sonra NATO-nun regiona baxışında yeni dövr başlayır. Putin həmin il Münhen Təhlükəsizlik Konfransında Qərb dövlətlərinə Postsovet məkanında Rusiyanın qırmızı xəttini keçməməsi ilə bağlı xəbərdarlıq edir. Əslində Qərb dövlətləri bu tələbə riayyət etdilər.Lakin bunu zəiflik əlaməti kimi qəbul edən Putin Abxaziya və Osetiyaya hücum etdi. NATO-nun Cənubi Qafqaz və Qara dəniz hövzəsinə baxışı Ağ evdə kimin prezident olmasından çox aslıdır.Obama ilə Mkkainin prezident yarışında Mkkain Gürcüstan və Ukraynanın NATO-ya qəbul edilməsinə dəstək olsa da,Obama buna qarşı çıxırdı.

Obamanın prezidentlik dövründə alyansın regiona baxışı zəiflədi. Həmin dövr Vaşinqton üçün enerji amili "B" plana keçdi. ABŞ İran aspekti ilə Avropanın enerji təhlükəsizliyini təmin etməyə və Rusiyadan aslılığın azaldılmasına maraqlı idi. Obama dövründə Ukrayna və Gürcüstan istiqamətində Qərb lazım olan dəstəyi vermədi. Rusiyanın Gürcüstanı tam işğal edilməsinin qarşısını Fransa prezidenti Sarkozi almışdı.

Trump administrasiyasının dövründə NATO-ya maraq azaldı. Trump hətta NATO-nu artıq yük adlandırır və təşkilatı tərk etməli olduqlarını açıqlayırdı. ABŞ-ın NATO-dan çıxması transatlantik münasibətlərin dağılması, NATO-nun faktiki dağılması anlamına gəlirdi. Trumpla alyans üzvləri arasında digər qarşıdurma hərbi xərclərin artırılması idi. Trump ABŞ-ın daha çox xərclədiyini və digər üzvlərin hərbi xərcləri artırmalarını tələb edirdi. Lakin daha sonra kongres Trumpa NATO-dan çıxmağa qadağa qoydu. Aydındır ki, NATO, ABŞ-ın xarici siyasətində böyük əhəmiyyətə malik siyasi institutdu. Son illərdə isə ABŞ-ın NATO-ya münasibəti yenidən dəyişərək,müsbət məcraya daxil olur. Xüsusilə Cənubi Qafqaza verilən önəm artmış oldu.

NATO-nun Cənubi Qafqaza önəm verməsinin ən əsas səbəbi kimi, Çin amilini misal göstərərdim. Pekin sürətlə Avrasiya kontinentində iqtisadi ekspansiyasını artırır. Çin "Bir Kəmər Bir Yol" qlobal lahiyəsi ilə regionda ekspansiyasını həyata keçirməyə davam edir. ABŞ isə regionda Çinin qarşısını almaqa çalışır. AB-da Çinin kontinentdə bu qədər genişlənməsini istəmir və onun qarşısının alınmasında maraqlıdır. Bu avroatlantik məkanda ortaq mövqe hesab edilə bilər. Bu mart ayında qəbul edilən Çin-AB strateji sənədində öz əksini tapıb. Çin amili Cənubi Qafqazın önəmini artıran amildir.

Azərbaycan üçün NATO önəmlidir. Lakin ölkəmiz NATO istiqamətində radikal siyasət yürütmür, üzvlük hədəfini qarşıya qoymur. Lakin NATO-dan imtina etmir. İlham Əliyevin son Xorvatiya səfərində prezident etiraf etdi ki, Azərbaycan bundan sonra da, Şimali Atlantika Alyansı ilə əməkdaşlığa davam edəcək. O dövr Bakının, KTMT-yə üzvlüklə bağlı müzakirələr gedirdi. Prezidentin bu çıxışı KTMT məsələsinə cavab idi. NATO hələlik Azərbaycana təhlükəsizlik məsələləri ilə heç bir zəmanət vermiyib. Həmçinin Rəsmi Bakı, Abxaziya Osetiya, Donetsk və Luqansk hadisələrini unutmuyub. Bakı həmçinin NATO-ya üzvlük istiqamətində Gürcüstanı izləyir. Buna görə də, Gürcüstan ətrafında gərginliklərə rəğmən, rəsmi Bakı Gürcüstanı arxa fondan dəstəkləməkdə davam edir. Əsas məqsəd ölkəmizin Avropaya çıxış qapısı olan Gürcüstanı Avropaya inteqrasiyada gücləndirməkdir. Çünki Gürcüstan və Azərbaycan Atlantika ittifaqına birlikdə lazımdır. Əgər Gürcüstan üzv qəbul edilməyəcəksə, biz də qəbul edilməyəcəyik. Bizə lazımdır ki, əvvəl Gürcüstan üzv qəbul edilsin, regionda qüvvələr balansı bərabərləşsin məhz bundan sonra regiona xüsusilə Azərbaycana maximin yanaşmaq mümkün olacaq. Onu da vurğulayım ki, NATO hər dövlətə öz qapısını açıq elan etmir. Mərkəzi Asiya dövlətlərinə qapı tamamilə qapadılıb. Qətər milyardlar dollar verməyə hazır olmağına baxmayaraq NATO onlara da qapıları qapadıb. Lakin alyans, Bakı üçün daima üzvlüyə şans tanıyır. Sadəcə bunun üçün geopolitik şərtlər yetişməlidir.
loading...
XƏBƏR LENTİ
Dünən, 23:30
15-06-2019, 22:57
15-06-2019, 08:24
SORĞU