10 may 19:20siyaset

"Heydər Əliyev yox olmaq təhlükəsi ilə üz-üzə olan bir dövləti yenidən yaratdı"

"Heydər Əliyev yox olmaq təhlükəsi ilə üz-üzə olan bir dövləti yenidən yaratdı"Dünya tarixində az sayda lider var ki, cəmiyyətdə dərin üz buraxır. Uzun illər keçsə belə, xalq heç zaman iz liderini unutmaz, onun səsləndirdiyi fikirləri kəlam olaraq qəbul edər. Ulu öndər Heydər Əliyev də xalqı tərəfindən sevilən və həmişə anılan unudulmaz liderlərdəndir.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar söyləyib.

O qeyd edib ki, Heydər Əliyevin siyasi fəaliyyətinə nəzər saldıqda görürük ki, bu dahi şəxsiyyət yox olmaq təhlükəsi ilə üz-üzə olan bir dövləti yenidən yaratdı. Bu gün Azərbaycanın Cənubi Qafqazın parıldayan ulduzuna çevrilməsinin əsas səbəbi Ulu Öndərin müdrik siyasətidir. Ümummilli Liderin “Bir millət, iki dövlət” devizi Azərbaycan-Türkiyə qardaşlığının əbədiyaşarlığından xəbər verir. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan əlamətdar günlər təkcə Azərbaycanda, Türkiyədə deyil, dünyanın hər bir yerində qeyd olunur. Bu, dahi şəxsiyyətin dünyanın nəhəng siyasətçisi olmasından xəbər verir. Heydər Əliyev türk dünyasının böyük şəxsiyyətidir. O, bütün dünya siyasətçiləri içərisində tanınmış və çox hörmət qazanmış şəxsiyyətdir. Ümummilli Lider türk xalqları qarşısında əvəzsiz xidmətlər göstərib, böyük nüfuz qazanıb. Türkiyədə dahi siyasətçi Heydər Əliyevin böyüklüyünə verilən qiymətin nəticəsidir ki, bu gün qardaş ölkənin böyük şəhərlərinin mərkəzi prospekt və küçələri onun adını daşıyır. Türkiyə xalqı ümummilli lider Heydər Əliyevi daim dərin məhəbbətlə və hörmətlə yad edir.
XƏBƏR LENTİ
SORĞU