29 apr 18:10siyaset

“Nüvə məsələsi bu ölkə üçün Qərbi hədələyəcək əsas faktorlardan biridir”

“Nüvə məsələsi bu ölkə üçün Qərbi hədələyəcək əsas faktorlardan biridir”İranın xarici işlər naziri ölkəsinin Nüvə Silahının Yayılmaması Haqqında Müqavilədən çıxa biləcəyini bildirib. Buna səbəb kimi iranlı nazir ABŞ-ın danışıqlar prosesində etibarlı partnyor olmaması ilə izah edib.

İranın məlum müqavilədən çıxması rəsmi Tehranla Qərb arasıdna gərginliyi artıra, regionda indikindən daha mürəkkəb və təhlükəli vəziyyətin formalaşmasına səbəb ola bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Arzu Nağıyev İranla bağlı vəziyyətin həqiqətən də mürəkkəb olduğunu vurğuladı:

“İranın bu bəyanatına səbəb ayın 2-də bu ölkəyə tətbiq edilən sanksiyaların vaxtının başa çatmasıdır. Bu sanksiyalar ABŞ tərəfindən ya uzadılmalı, ya da sonlandırılmalıdır. ABŞ isə görünən odur ki, sanksiyaları uzatmağın tərəfdarıdır. Bu isə o deməkdir ki, bütün ixeracatı əsasən neftlə bağlı olan İrana iqtisadi zərbədir.

İranın buna cavabı Hörmüz boğazının bağlanması ola bilər. Lakin bu da baş tutan məsələ deyil. Çünki bunu açmağa qadir hərbi hava qüvvələri var.

Iran əgər bir gündə bir milyon ton neft ixrac edə bilirsə və neftin qiymtəti 74 dollardırsa, deməli bu sanksiyaları davam etdirmək İranı 74 milyon dollar gəlirdən məhrum etmək deməkdir. Bu isə İran üçün böyük zərbədir.

İranla bağlı vəziyyət kifayət qədər mürəkkəbdir. İranın bu gün Rusiya və Türkiyə ilə də müəyəyn əlaqələri mövcuddur ki, bu da rəsmi tehran üçün mühüm əhəmiyyətə malikdir. İranın İraq vasitəsi ilə də öz neftini satmaq imkanı var.

Nüvə məsələsinə gəlincə, İranın bu məsələdən əl çəkməsi asan deyil. Çüni bu, İran üçün Qərbi hədələyəcək əsas faktorlardan biridir. Ona görə də İranın belə bir bəyanatla çıxış etməsi başadüləndir”.
loading...
XƏBƏR LENTİ
SORĞU