06 apr 13:00siyaset

Top Rusiyadadır və... - Politoloq

Top Rusiyadadır və... - Politoloq Məhəmməd Əsədullazadə
politoloq

Qarabağ münaqişəsinin nizamlanması üzrə xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. XİN rəhbərlərinin görüşü Moskvada keçiriləcək. Niyə, Moskva? Qeyd edim ki, N.Paşinyan iqtidara gəldikdən bəri xarici işlər nazirlərinin görüşləri Qərbdə keçirilib, prosesdə ABŞ fəallıq göstərib. Vaşinqton dəfələrlə Yerevana Qarabağ münaqişəsinin mərhələli həllini reallaşdırmaq üçün mesajlar verib. Hətta "Bolton planı" da irəli sürülüb. Bu plana əsasən, sülh əvəzinə ərazilərin işğaldan azad olunması. Göründüyü kimi proseslər Moskvadan kənar cərəyan edirdi.

Vaşinqtonun müəyyən dərəcə dəstəyi ilə Paşinyanla prezident İlham Əliyev Moskvadan kənar bir neçə dəfə birbaşa görüşdülər və şifahi razılaşma əldə etdilər. Demək, Qərb prosesdə fəallaarsa, Rusiya kənar saxlanılarsa münaqişə həll edilə bilər.

Bundan əlavə, Qərbin planına uyğun olaraq aparılan danışıqlarda ötən ilin dekabrında Milanda ATƏT-in konfransında Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilk dəfə olaraq birgə razılaşdırılmış bəyanata imza atdılar. Ardınca, bu ilin yanvar ayında Parisdə tərəflər "Xalqların sülhə hazırlanması" razılığı əldə edildi. Amma, bu proseslər fonunda Yerevanla Moskva arasında təmaslar inkişaf edirdi və Yerevandan Moskvaya üst səviyyədə səfərlər mütəmadi xarakter alırdı. Görünürdü ki, Kreml prosesdən narahatdır. Rusiya rəhbərliyi Qarabağ danışıqlarının Vaşinqtonun təlimatı ilə birbaşa aparılmasının qəti əleyhinə olduğunu Yerevana başa salaraq, yeni hərbi müqavilələr bağladı. Paşinyan bundan sonra separtçıların danışıqlarda yer almasını şərt kimi irəli sürdü və demək olar ki, Vaşinqtonun dəstək verdiyi danışıqları tormozladı.

Martın 29 -da Vyanada keçirilən görüşdən sonra Rusiya prezidenti Putinin Paşinyan və İlham Əliyevlə telefon danışığı ABŞ-ın müəyyən qədər vasitəçilik missiyasına son qoydu. Putin bununla Qarabağ konflikti ətrafında aparılan danışıqları yenidən öz orbitinə daşımış oldu.

Əvvəllki şərhimdə qeyd etmişdim ki, növbəti danışıqlar Rusiyada olacaq. Artıq Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada görüşü razılaşdırılıb. Rusiya XİN rəhbəri Sergey Lavrovla bu istiqamətdə danışıqlar aparılıb.

Qeyd edim ki, Kreml danışıqlarda "Kazan formulunu" irəli sürəcək və danışıqların növbəti mərhələsi Moskvanın iştirakı ilə keçiriləcək. Əgər, nazirlər səviyyəsində danışıqlar davam etdirilərsə, yay ayları ərzində İlham Əliyevlə Nikol Paşinyanın növbəti görüşü Soçidə keçirilə bilər. Bu görüşdə Putinin yeni təkliflər irəli sürməsi istisna deyil. Çünki, Qarabağ konfliktindən istifadə edərək Putin Ermənistanda mövqeyini qoruyacaq.

Kreml yenidın danışıqlarda əsas vasitəçiliyini irəli sürürsə, rəsmi Bakı ilə Kreml arasında bu aspektdə ciddi danışıqlar aparılmalıdır. Artıq, "Bolton" planı deyil, Rusiya "Lavrov planı" -Kazan formulu danışıqlar predmetinə gətirilir.

Qeyd edim ki, Azərbaycan Avropa İttifaqı ilə çərçivə sazişini imzalaması ərəfəsindədir. Bu da ölkəmizin manevr imkanlarını Rusiya qarşısında genişləndirir. Rusiya rəhbərliyi nə qədər Qarabağ konfliktini ədalətli şəkildə vaxtında tez həll edərsə, regionda NATO və Qərbin genişlənmə siyasətinin qarşısını ala bilər. Əksinə, eyni analoji siyasətini davam etdirsə, Azərbaycan Qərblə əməkdaşlığı inkişaf etdirəcək. Məhz NATO baş katibinin Vaşinqtonda Azərbaycanın Alyans üçün əsas tərəfdaş ölkə kimi xarakterizə etməsi, regionda yeni dəyişikliklərin yeni mərhələsindən xəbər verir. Top Rusiyadadır və diplomatik danışıqları Rusiya yenidən üzərinə götürür. Kreml əvvəlki siyasətini davam etdirərsə, artıq Cənubi Qafqazda siyasəti ciddi sürətdə zəifləyəcək.
loading...
XƏBƏR LENTİ
SORĞU