05 apr 14:36siyaset

Azay Quliyev ATƏT PA-nın büro iclaslarına gedir

Azay Quliyev ATƏT PA-nın büro iclaslarına gedir Milli Məclisin deputatı, ATƏT Palament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün aprelin 6-da Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verib.

Büronun iclasında Assambleyanın Siyasi məsələlər və təhlükəsizlik; İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit; Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi Komitələrinin məruzələri və qətnamə layihələri müzakirə olunacaq.

İclasda ATƏT PA-nın xüsusi nümayəndələrinin fəaliyyəti və seçki müşahidə missiyalarının hesabatları, Assambleyanın baş katibi Roberto Montellanın mandatının ikinci müddətə uzadılması məsələsinə baxılacaq.
Bununla yanaşı, Büro ATƏT PA-nın cari ilin 4-8 iyul tarixlərində Lüksemburqda baş tutacaq 28-ci illik və 4-6 oktyabr tarixlərində Mərakeşdə keçiriləcək payız sessiyalarının gündəliyini, müzakirə mövzularını və layihə sənədlərini təsdiq edəcək.

Azay Quliyev Büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair fikirlərini və təkliflərini bildirəcək.
Səfər aprelin 9-da başa çatacaq.

modern.az
XƏBƏR LENTİ
SORĞU