29 mar 08:01siyaset

Bu gün Əliyev və Paşinyan Vyanada görüşəcək

Bu gün Əliyev və Paşinyan Vyanada görüşəcəkBu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Avstriyanın paytaxtı Vyana şəhərində görüşəcək.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında razılaşdırılıb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacaq.

Daha əvvəl Vyanada ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyiilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirildi./Report/
loading...
XƏBƏR LENTİ
SORĞU