21 fev 20:04siyaset

"Obyektiv olun, ayrı-seçkiliyə yol verməyin"

"Obyektiv olun, ayrı-seçkiliyə yol verməyin"ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası çərçivəsində assambleyanın üç ümumi komitəsinin birgə iclası keçirilib.

Avrasiya.net Azərtac-a istinadən xəbər verir ki, daimi komitənin iclasında ATƏT PA-nın rəhbər strukturlarının başçıları hesabatla çıxış ediblər, parlamentarilər aktual mövzularla bağlı fikir mübadiləsi aparıblar.

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev çıxışında assambleyanın obyektiv olmasının və ayrı-seçkiliyə yol verməməsinin vacibliyini bildirib və bu prinsiplərə əməl edilməsində baş katib Roberto Montellonun rolunu yüksək qiymətləndirib. O, son illər ATƏT PA-nın münaqişələrin həlli istiqamətində göstərdiyi prinsipial mövqeyin formalaşmasında beynəlxalq katibliyin göstərdiyi səyləri də qeyd edib. Sonda Azay Quliyev Roberto Montellonun növbəti 5 illiyə mandatının uzadılmasının vacibliyini bildirib və bu təklifi dəstəkləyib.

Həmçinin qeyd edilib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) mövcud metodologiyasına yenidən baxılmalı və ziddiyyətlər aradan qaldırılmalıdır. Bunun üçün büro və beynəlxalq katiblik müvafiq danışıqlara başlamalıdır.

Qeyd edək ki, ATƏT PA-nın qış sessiyası fevralın 22-dək davam edəcək.
XƏBƏR LENTİ
SORĞU