15 fev 21:31siyaset

ALDP Qarabağ Komitəsindən çıxdı

ALDP Qarabağ Komitəsindən çıxdıAzərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və partiya üzvləri Qarabağ Komitəsindən istefa verib.

Əlavə olaraq qeyd edək ki, 13 fevral tarixində komitənin üzvləri arasında anlaşılmazlıq və Qarabağ adına yaraşmayan hallarla bağlı mübahisə yarandığı üçün sabiq Daxili İşlər Naziri İsgəndər Həmidov, ardınca Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu, daha sonra isə 20-ə yaxın siyasi-ictimai fəallar komitədən istefa verib.

Bu barədə Azərbaycan Liberal Demokrat Partiyasının Qarabağ Komitəsindəki rəsmi nümayəndəsi İlham Rəsulzadə AnTV.az-a açıqlamasında qeyd edib ki, Akif Nağının komitədə özünü hakimiyyətin nümayəndəsi kimi aparması qurumda ciddi narazılığa səbəb olub. İstefa vermiş Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu, sabiq Daxili İşlər Naziri İsgəndər Həmidov və 20-ə yaxın ictimai-siyasi fəalı Azərbaycan Liberal Demokrat Partiyası dəstəkləyərək, onların sıralarına qoşuldu. Biz, bundan sonra Qarabağ Komitəsinin legidimliini sual alına alaraq, Qarabağ Komitəsinin rəhbərliyinin etimadsızlığı toplantısına hazirliq görürük.”

Qeyd edək ki, yaxın zamanlarda Qarabağ Komitəsinin 74 üzvündən 45-nin iştirakı ilə növbədənkənar ümumi yığıncaq cağrılıb, Qarabağ Komitəsinini İdarə Heyətində olan bir sıra şəxslərin, eləcə də Akif Nağının komitədən uzaqlaşdırılması qərara alınaraq yeni rəhbərliyi ilə fəaliyyətini davam etdirəcək.
loading...
XƏBƏR LENTİ
SORĞU