08 fev 13:37siyaset

Səfir jurnalistlərlə bir araya gəlib

Səfir jurnalistlərlə bir araya gəlibİranda İslam İnqilabının qələbəsindən 40 il ötür. Bu məqsədlə İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə jurnalistlərlə bir araya gəlib.

Avrasiya.net-in məlumatına görə, səfir bildirib ki, hazırda ölkələrimiz arasında çox güclü iqtisadi-siyasi əlaqələr mövcuddur. "Biz bu əlaqələrə çox şadıq. İstəyirik münasibətlərimiz daha da möhkəm olsun. Mətbuatın da bu işlərdə çox böyük rolu var. Bəzi ölkələr istəyir münasibətlərə ziyan dəysin, amma dövlət başçılarımız arasında münazibətlərin çox yüksək səviyyədə olması bu narahatlıqları aradan qaldırır" deyən səfir əlavə edib ki, 2017-ci illə müqayisədə 2018-ci ildə İranla Azərbaycan arasında iqtisadi əlaqələrin həcmi 73 faiz artıb. Səfir bildirib ki, son 5 ildə İran və Azərbaycan dövlət başçıları 12 dəfə görüşüblər.

"Azərbaycanlılar bu gün İrana səfər edirlər. Hətta sevinirik ki, iraqlılardan sonra İrana ən çox gələn turistlər məhz azərbaycanlılardır. Ölkələrimiz arasında maşınqayırma, kənd təsərüfatı, mədəniyyət və sair sahələrdə əlaqələr çox sıxdır. Azərbaycanda 1 həftəlik İran mədəniyyət günləri keçirdik ki, ora azərbaycanlıların necə yüksək maraq göstərdiyinin şahidi olduq" deyib səfir.

Səfri İranın iqtisadiyyatının inkişaf etdiyini də deyib. Bildirib ki, İran dünyanın 18-ci ən iri iqtisadi qüvvəsidir.

Səfir İslam inqilabının baş verdiyi gündən indiyədək olan 40 il ərzində ölkəsinin əldə etdiyi uğurlardan söz açaraq bildirib ki, ölkəsi ərzağa tələbatını demək olar ödəyir. Onun sözlərinə görə, hazırda İranda ildə 1,5 milyon avtomobil istehsal olunur. Səhiyyə, sosial-infrastruktur, sığorta, təhsil və sair sahələldə uğurlar qazanılıb. Səfir inqilabdan əvvəl 170 min tələbəsi olan İranda bu gün 4 milyon tələnənin təhsil aldığını qeyd edib.

Diplomat bildirib ki, bu gün qonşu ölkələrin bir çoxunda - İraq, Suriya, Yəmən, Əfqanıstanda, hətta uzaq Venesuelada vəziyyət çox pisdir. İranda, Azərbaycanda isə, çox şükür, sabitlikdir və rifah hökm sürür. "Biz Azərbaycana inkişaf arzulayırıq. İstəyirik bu gün Azərbaycanın problemləri sülh yolu ilə həll olunsun" deyib səfir Cahangirzadə.

Səfir Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Bildirib ki, münaqişə danışıqlar vasitəsilə, dinc yolla həll olunmalıdır.

“Bu münaqişə regionun bütün ölkələrinin mənafeyinə xələl gətirir. Bu, çoxdandır közərən yaradır. Biz regionda münaqişələrin daha da şiddətlənməsinə, onların təkrarlanmasına qarşıyıq”, – iranlı diplomat vurğulayıb.

Səfir iki ölkə arasında hərbi əməkdaşlıq məsələsinə də toxunub.Bildirib ki, İran Azərbaycanla hərbi əməkdaçlıqda çox maraqlıdır. O cümlədən, İran silahlı qüvvələri baş qərargah rəisinin Azərbaycana səfəri bu xüsusda əhəmiyyətlidir.

Səfir fevral ayının sonunda Azərbaycan və İran XİN başçılarının Tehranda görüşünün keçiriləcəyini bildirib. Martda - Novruz ərəfəsində isə prezidentlərin görüşü gözlənilir.

Səfir Azərbaycanın ən ağrılı yeri olan Qarabağ münaqişəsinin həllindən də söz açıb. Deyib ki, ilk gündən İran bu münaqişənin ədalətli yolla, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına çalışıb. “İlk gündən bu münaqişə bölgəmizin bütün ölkələrinin mənafeyinə xələl gətirir. Bu, çoxdandır közərən yaradır. Biz regionda münaqişələrin daha da şiddətlənməsinə, onların təkrarlanmasına qarşıyıq”, səfir deyib.

Diplomat Xudafərin su anbarından da söz açıb. Deyib ki, ölkəsinin ən iri su anbarlarından olan Xudafərində gələcəkdə elektrik enerjisi istehsal olunacaq. Artıq Ordubadda birgə enerji istehsal olunur. Xudafərinə gəlincə, bu barədə suala iki ölkə nümayəndə heyətləri arasında keçiriləcək danışıqlarda aydınlıq gətiriləcək.

Bu yerdə, səfir əlavə edib ki, martın ilk yarısında hökumətlərarası birgə komissiyanın Bakıda iclası keçiriləcək.

Cavid Şahverdiyev
XƏBƏR LENTİ
SORĞU