31 yan 10:43siyaset

Zərdüşt Əlizadə: "İsgəndər Həmidov savadsız, cahil və şərəfsizdir"

Zərdüşt Əlizadə: "İsgəndər Həmidov savadsız, cahil və şərəfsizdir"AMDP-nin sədri İsgəndər Həmidovun cəbhə hakimiyyəti dövründə, daxili işlər naziri vəzifəsini daşıyarkən, o zamanlar ASDP-nin həmsədri, eyni zamanda “İstiqlal” qəzetinin baş redaktoru olmuş Zərdüşt Əlizadəni döyərək, avtomobilin yük yerində aparması faktı yenidən gündəmə gəlib. SİA xəbər verir ki, İsgəndər Həmidov bu barədə Əvəz Zeynallıya verdiyi videomüsahibəsində Zərdüşt Əlizadəni öldürmədiyinə görə təəssüfləndiyini bildirib. "Kaş Zərdüşt Əlizadəni döyməyəydim, öldürəydim", deyə daxilindəki qeyri-inani mövcudluğunu nümayiş etdirən sabiq daxili işlər nazirinin bu etirafına qarşı tərəfin cavabı gecikməyib.

Saytımıza açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirib ki, o İsgəndər Həmidovu heç vaxt bir siyasətçi kimi qəbul etməyib, üstəlik onun savadsız, cahil və şərəfsiz olduğunu bildirib. “İsgəndər Həmidovu siyasətçi hesab etmirəm, onun savadsız, cahil və şərəfsizin biri olduğunu deyə bilərəm”, qeyd edən Zərdüşt Əlizadə bir xatırlatmanı da əlavə edib: “Bir dəfə tədbirlərin birində İsgəndər Həmidovla rastlaşdım. Bir söz demədən, tədbir zalını tərk etdim. İsgəndər Həmidov danışığına fikir versəniz, onun savadsızın və cahilin biri olduğunu görmək olar. Onlar bu gün nə baş verdiyindən bixəbərdirlər. Hələ də keçmişin xəyalları ilə yaşayır və arzulara dalırlar”.

Zərdüşt Əlizadə onu da bildirib ki, bu zümrə özlərindən yalanlar uydurmaqla, cəmiyyəti aldatmağa çalışırlar: "Bu isə şərəfsizliyin nümunəsidir. Artıq onlar tarixin arxivinə atılıblar. İddiaları əsassızdır. Bu gün qətiyyətsiz və iradəsiz Mütəllibov hakimiyyəti deyil, güclü, qüdrətli, xalqın inandığı və etibar etdiyi hakimiyyət mövcuddur. Bir qədər danışacaqlar, sonra da susmaq məcburiyytində qalacaqlar".
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.