17 yan 17:27siyaset

Əli Kərimlinin Mehman sevdası, yaxud da siyasətdə avantürizm

Əli Kərimlinin Mehman sevdası, yaxud da siyasətdə avantürizmƏli Kərimlinin sosial hesabında Mehman Hüseynovun müdafiəçisi statusunda çıxış etməsini hər kəs bir cür dəyərləndirir.

Radikal düşərgədə belə fikir formalaşıb ki, AXCP sədrinin indiki məqamda Mehman sevdalısı ab-havası yaratması sırf spekulyativ maraqlara xidmət edir. Milli Şura isə by siyasi oyunda yenidən bir vasitə kimi Kərimliyə sərf edir.

Əvvəlcə Mehmanın aclıq aksiyası keçirməsini tirajlayan Kərimli indi də “siyasi məhbus” adı altında onun şərəfinə mitinqə adam yıgır. Bu arada Emin Hüseynovdan da Əli Kərimliyə sosial şəbəkələr vastəsilə müvəqqəti dəstək hiss olunur. Əli Kərimlinin Emin Hüseynovla o qədər də yaxın olmayan münasibətlərini xatırlasaq bu günkü “birgəliyin” mövsümi xarakter daşıdıgını müəyyənləşdirmək olar.

Emin Hüseynov bir müddət əvvəl müxalifət daxilində qarşıdurma yaratmaga hesablanan bir seçki praymerizi keçirmişdi. Bu hal müxalifəti bir-birinə qarşı qoymuşdu. O vaxt Emin Hüseynov "Facebook"da onlayn "seçki" keçirdi. Səsverməyə müxalifəti təmsil edən partiya sədrləri və birlik rəhbərləri çıxarıldı. Müsavatın keçmiş başqanı İsa Qəmbər "yarımfinal"da mübarizəni dayandırdığından, növbəti mərhələdə AXCP sədri Əli Kərimli ilə REAL-ın rəhbəri İlqar Məmmədov yarışmışdı. Nəticədə Əli Kərimli İlqar Məmmədova onlayn seçkidə uduzdu. Bu isə Emin Hüseynovu Əli Kərimliyə düşmənə çevirdi.

Azərbaycan vətəndaşlıgından imtina edən Emin Hüseynovun qardaşını siyasi alət kimi hazırda Əli Kərimlinin əlinə verməsi onun xaricdəki agalarına faəl bloqer, həqiqi antiazərbaycan mövqeli fiqur kimi gşstərdiyini sübut edir. Şübhəsiz ki, Əli Kərimli, Emin Hüseynov və Mehman Hüseynov üçbucagının bir-birlərinə patoloji nifrətləri bu birliyin müvəqqəti oldugunu sübuta yetirir. Heç bir müvafiq təhsili və təcrübəsi olmayan, əvvəl RATİ-də, sonra AXCP və Müsavatın dəhlizlərində sümsünən Mehman Əli Kərimli üçün bu gün siyasi alət funksiyasını yerinə yetirir. Bir vaxtlar həmin yeri Leyla Yunus, sonra Vidadi İsgəndərli, Orduxan Temirxan tuturdu.
Orta statistik azərbaycanlı azacıq analız etməklə Əli Kərimlinin çox primitiv, Qərbin bəlli antimilli qüvvələrinin sifarişi ilə zaman-zaman müəyyən fiqurlardan istifadə etməklə öz cibini doldurmasını müəyyən etmiş olar. Özünü "kreativ” göstərən Emin Hüseynovun sosial şəbəkələr vastəsilə insanların hissləri ilə oynamağa çalışması, sosial ədalət “müdafiəçisi” rolunda çıxış edərək Əli Kərimliyə yaxın oldugunu gşstərməsi isə Don Kixotluqdan başqa bir şey deyil. Əli Kərimli indiki məqamda bir şox məsələləri unudub özünü “korluga” qoyması da başadüşüləndir. Vaxtilə Rəsul Quliyev belə bir fikir işlətmişdi: "Əli Kərimli kimisə tərifləyirsə, deməli, o insan aldanıb".

Hazırda Əli Kərimlinin siyasi tilovunda Emin və Mehman var. Onların da da adından spekulyasiya edərək insanları mitinqə çagırması heç bir nəticə verməyəcək. Çünki bu üçbucagın arxasında olan elektoratın sayı 100-ötmür.

Qaynaq: https://elnurhacali.blogspot.com/2019/01/li-krimlinin-mehman-sevdas-yaxud-da.html
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU