16 yan 10:49siyaset

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəldi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəldiMəhəmməd Hüseyn Baqerinin Azərbaycana səfəri başlayıb.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin Azərbaycana səfəri başlayıb.

Səfər çərçivəsində onun Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və başqa rəsmilərlə görüşü gözlənilir.

Görüşlərdə hərbi və hərbi texniki əməkdaşlığın inkişafı, terrorçuluğa qarşı mübarizə və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Səfərin yekununda iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması gözlənilir.(report.az)
XƏBƏR LENTİ
SORĞU