07 yan 18:53siyaset

Qarabağ İcmasının sədri Türkiyə səfirinə problemlərdən DANIŞDI

Qarabağ İcmasının sədri Türkiyə səfirinə problemlərdən DANIŞDIBu gün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Turkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral ilə görüş keçirib.

Avrasiya.net xəbər verir ki, görüş zamanı əməkdaşlıq əlaqələri müzakirə mövzusu olub. Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzləşdiyi problemlər haqqında Türkiyəli səfirə ətraflı məlumat verib.

Görüş zamanı icmanın gələcək fəaliyyəti və keçiriləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb. Tural Gəncəliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tutduğu prinsipial mövqe və göstərdiyi dəstəyə görə səfir Özoralın qismində Türkiyə Respublikasına dərin təşəkkürünü bildirib.
XƏBƏR LENTİ
SORĞU