11 dek 21:15siyaset

Müasir Azərbaycan tarixinin həmişəyaşar lideri

Müasir Azərbaycan tarixinin həmişəyaşar lideriİbrahim Cəfərov
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor

Əziz dostlar, sabah 12 dekabr Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anim günüdür, düz 15 il bundan öncə daim xalqı ilə bir yerdə olan, onun şanını şöhrətini bütün dünyaya çatdıran, xalqının ən ağır dövrlərində onunla nəfəs alan, ölkənin dövlət müstəqilliyinin bərpa olunmasında və onun qorunmasında müstəsna xidmətləri olan Ulu Öndər fiziki olaraq bizi tərk etdi.

Heydər Əliyev haqqında danışmaq, Onun barəsində söz demək, fikir söyləmək özü bir məsuliyyətdir. Özümü dərk edəndən Heydər Əliyevçi bir insan kimi Böyük Dahinin həyatını vərəqləyərək ömrünün müəyyən məqamlarına səyahət edərək Onun 1969-cu ildən bəri Azərbaycan üçün etdiklərinə bir daha nəzər salmaq istədim. Gənc general 1969-cu ildə respublikaya rəhbər təyin ediləndə ölkə geridə qalmış bir vilayəti xatırladırdı, daim işi ilə qürur duyan bir kişi üçün bu elə də bir problem yaratmırdı. Qısa müddət ərzində görülən tədbirlər ardıcıl olaraq keçici qirmizi bayraqlarla müşayət olundu, gənclərin ittifaq respublikalarin nümunəvi ali məktəblərinə göndərilməsi ilə yeni kadr siyasətinin başlanğıcı qoyuldu, sənaye ilə yanaşı aqrar sahə tərəqqiyə başladı, bir neçə məhsullar üzrə milyon tonlarla məhsul istesal edilməyə başladı, Azərbaycan kəndi dirçəldi. Sonra Heydər Əliyevin Moskva həyati, mənfur Qorbaçovun anti Əliyev siyasəti, bivec Azərbaycan rəhbərliyinin xalqına qarşi anormal idarəçiliyi və 1990-cı il 20 yanvar hadisələri...

Yenə də xalqının dar məqamında imperiya maşınından qorxmayan Heydər Əliyev, Moskvada Azərbaycan daimi nümayəndiliyinə ailə üzvləri ilə gələn Ulu Öndər bəyanat verərək Kremlin Bakıda törətdiklərini dünyaya bəyan edir. Az illər keçir, O vətənə dönür, dönüklər Ona Bakıda yaşamağa imkan vermirlər, Onun Naxçıvan həyatı başlayır, ağır günlər keçirsə də həmyerliləri ilə bir yerdə xoşbəxtdir. Hakimiyyət görməyənlər, ömrü boyu bir kafedraya belə rəhbərlik etməyənlər ağır bir işin altina girirlər və elə orada da qalirlar. 1993- cü ildə qardaş qırğının qarşısını almaq üçün böyük bir məsuliyyətin altına girən Heydər Əliyev hər şeyə sinə gərərək ölkənin bütövlüyünü təmin edir, yeni ölkə quruculuğuna başlayır və onun davamını cənab İlham Əliyevə həvalə edir. Bununla da ölkə quruculuğu sürətlənir, milli ordunun təminatı gücləndirilir, Azərbaycan lider dövlətlərdən birinə çevrilir. Bunun isə kökündə məhz Heydər Əliyev siyasəti durur.

Allah Ulu Öndəri rəhmət etsin, biz hələ çoxlu onilliklər cənab Ilham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycanın quruculuğu işlərində yanaşı addımlayaraq Böyük Heydər Əliyevin ruhunu şad edəcəyik.

Yaşasın Ulu
Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil və demokratik Azərbaycan!!!
XƏBƏR LENTİ
SORĞU